Ermənistanı uçuruma aparan şəxs: Paşinyanın reallıqları yalanlarla dəyişmək cəhdi | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanı uçuruma aparan şəxs: Paşinyanın reallıqları yalanlarla dəyişmək cəhdi

19:16 - 03 / 11 / 2020
Ermənistanı uçuruma aparan şəxs: Paşinyanın reallıqları yalanlarla dəyişmək cəhdi

Ermənistan ordusunun acınacaqlı məğlubiyyəti, torpaqlarımızın işğaldan azad edilməsi bu ölkədə vəziyyəti daha da ağırlaşdırır.

Yanlış informasiyalar, bir-birini təkzib edən açıqlamalar bu gün Ermənistan mediasında geniş yayılıb. Ermənistan hakimiyyəti isə ya reallıqları qəbul etmək istəmir, ya da sanki öz xəyallarından ayrılmağı bacarmır. Bəzi müxalifət nümayəndələri, keçmiş hərbçilər isə artıq məğlubiyyətin bir addımlığında olduqlarını səsləndirməkdən çəkinmirlər.

Xüsusən Ermənistanın baş naziri Nikol Paşinyan gah sosial şəbəkə hesabı vasitəsilə canlı yayıma çıxaraq “Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinin olmadığını” bildirir, gah da müxtəlif dövlət və hökumət başçılarına müraciətlər edərək yardım etmələri üçün yalvarır. Rusiya Prezidentinə ünvanladığı son rəsmi müraciəti isə əslində, Paşinyanın məğlubiyyətini qəbul etməsi kimi qəbul edilir. Qeyd edək ki, o, bu müraciətinə də müsbət cavab ala bilmədi.

Ermənistan ordusunun acı məğlubiyyətinə uydurma səbəblər axtaran Paşinyan

Bütün bu uğursuzluqlara rəğmən Nikol Paşinyan Ermənistanın hərbi məğlubiyyəti ilə şərtlənən acınacaqlı durumunu məntiqlə izah etmək bacarığında deyil. Hətta o, heç bir əsası olmayan, qeyri-rasional açıqlamalarla beynəlxalq ictimai rəyi çaşdırmağa cəhdlər edir. Belə ki, N.Paşinyan bu günlər ərzində heç bir əsası olmadan, fakt göstərmədən, bəzən xarici mediaya, bəzən də guya əldə etdikləri faktlara istinadən cidd-cəhdlə Türkiyənin münaqişədə tərəf kimi iştirak etdiyini söyləyir, bu azmış kimi, Azərbaycanın Türkiyə vasitəsilə Yaxın Şərqdən yaraqlıları hərbi əməliyyatlara cəlb etdiyi iddiası ilə çıxış edir. Bunu, əlbəttə ki, ilk növbədə, “məğrur” Ermənistan ordusunun darmadağın edilməsi faktına səbəb kimi dilə gətirir. Belə qələmə verməyə çalışır ki, Ermənistan yalnız Azərbaycan Ordusu ilə deyil, həm Türkiyə hərbçiləri, həm də Yaxın Şərqdən olan yaraqlılarla döyüşür. Digər tərəfdən, o, bununla Azərbaycanı və Türkiyəni terrorçularla eyniləşdirməyə çalışır. Lakin bu iddialarını heç bir tutarlı faktla təsdiqləyə bilməyən Paşinyan artıq reallıqları qəbul etməlidir.

Bu gün Ermənistan nəinki hər gün, hətta hər saat, hər dəqiqə məğlubiyyətə daha da yaxınlaşmaqdadır. Bunu çox güman Paşinyanın özü də hiss edir, lakin etiraf etmək cürəti tapmır. Əksinə, hələ də bu yalanları yalvararaq minnətçi düşdüyü ayrı-ayrı ölkələrin rəhbərləri ilə təmaslarda, xarici media orqanlarına müsahibələrində, öz xalqına müraciətlərində təkrarlamaqdan yorulmur. Lakin bu yalanların heç biri əsl reallıqları dəyişmək iqtidarında deyil.

Mənasız danışıqları ilə artıq sadə erməniləri də bezdirən

Paşinyan primitiv məntiqi ilə uğursuz cəhdlər edir

“Yalnız mənasız müsahibələr verməklə məşğulsan, bizim axırımız necə olacaq?”, “Bütün məsuliyyət sənin üzərindədir, hər şey sənə görə baş verir”, “Sən xainsən danışma”... Bunlar bu gün sosial şəbəkələrdə Nikol Paşinyana ünvanlanan mesajların kiçik bir qismidir. Daha ağır sözlərlə öz fikirlərini ifadə edən sadə ermənilər də artıq Paşinyanın yarıtmazlığının fərqindədirlər.

Fəal sosial şəbəkə istifadəçisi kimi, Nikol Paşinyan da yəqin ki, ona ünvanlanan bu təhqirləri görür. Lakin nəticə çıxarıb işğala son qoymaq, əsgərlərini məhv olmaq təhlükəsindən qurtarmaq əvəzinə, o, Azərbaycanın dinc sakinlərinə, yaşayış məntəqələrimizə atəş açmaq əmri verir. Paşinyanın danışdığı yalanlar, deyib, lakin təqdim etmədiyi “faktlar”, həm də onun törətdiyi müharibə cinayətlərini ört-basdır etmək məqsədi daşıyır. Lakin artıq həm Ermənistanın daxilində, həm də beynəlxalq ictimaiyyət arasında çox az sayda insan Paşinyana inanır, ona etibar edir.

Çarəsiz Paşinyan artıq hər bir ağılsızlığa əl atmaqla məşğuldur. Təsəvvür edin, dünyanın hər hansı ölkəsində baş verən terror aktını dərhal şans kimi qiymətləndirir və bunu Azərbaycana qarşı istifadə etməyə çalışır. Məsələn, “Rossiya-1” kanalına müsahibəsində, o, Dağıstanda baş vermiş hansısa hadisənin terror olduğunu deyir, Azərbaycanda guya yaraqlıların olduğunu iddia edir və bu iki məsələni çox primitiv, hətta orta statistik jurnalistdən də aşağı səviyyədə sübut etməyə çalışır. O, İrana terror təhlükəsi haqqında mesajlar ötürür, İsraili şeytanla əməkdaşlıqda ittiham edir.

Heç bir iqtisadi potensialı, xarici ölkələrlə qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətləri olmayan Paşinyan nəzərə almır ki, illərdir çoxvektorlu xarici siyasət kursunu reallaşdıran Azərbaycan həm qonşuları, həm də dünyanın əksər ölkələri ilə çox yaxşı səmərəli əməkdaşlıq əlaqələrinə malikdir və ən əsası, xalqın maraqlarına söykənən müstəqil siyasət yürüdür. Belə olan vəziyyətdə Paşinyan anlamalıdır ki, iqtisadiyyatı çökmüş, erməni lobbisindən asılı və öz xalqının maraqlarını başqalarının maraqlarına qurban verən bir ölkənin qeyri-ciddi baş nazirinin uydurma iddialarını heç kim ciddi qəbul etməz. “The Jerusalem Post” nəşrinə müsahibəsində İsraili terrora dəstək verməkdə ittiham edən Paşinyan həm də guya Azərbaycanın və Türkiyənin simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirir.

Paşinyanın bu cür sərsəm iddialarını dinlədikcə, aydın görünür ki, nəinki siyasətçi, heç jurnalist kimi də o, erməni xalqına fayda verə bilməz. Bu şəxs olduqca yalan, şantaj, populizm, təlxəklik kimi mənfi xüsusiyyətləri özündə birləşdirir. Erməni xalqı xoşbəxt gələcək arzusundadırsa, ordusunun işğal altındakı torpaqlardan dərhal çıxarılmasını tələb etməli, qonşuları ilə normal münasibətlər qurmalıdır. Beləcə yalnız qarşılıqlı əməkdaşlıqla gələcəklərini təmin edə bilərlər.

AZƏRTAC

Paylaş:
425

Son xəbərlər

DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30
Bütün xəbərlər