Anna Mehrabyan: Mənim oğlumu erməni raketi öldürdü! – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Anna Mehrabyan: Mənim oğlumu erməni raketi öldürdü! – FOTO

21:17 - 03 / 11 / 2020
Anna Mehrabyan: Mənim oğlumu erməni raketi öldürdü! – FOTO

Daha əvvəl xəbər verdiyimiz kimi, 17 oktyabrda Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində Rusiya vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç ağır yaralanmışdı. Sonradan gənc aldığı xəsarətlərdən dünyasını dəyişdi.

Mərhum Arturun anası - Stavropol sakini Anna Mehrabyan oğlunun cəsədinin Yessentukiyə aparılmasında israr edir.

“Arturun atası dünyasını dəyişəndə ​​beş aylıq hamilə idim. Uşaq Gəncədə - Azərbaycanda nənə və babasının, digər qohumlarının olduğunu bilirdi. Uşağı özüm böyüdüb tərbiyə etdim. Qohumlar Azərbaycandan gəldilər və bizdə qonaq oldular”, - deyə Anna Mehrabyan bildirib.

Bir dəfə Artur tətil üçün Azərbaycana getmək istədiyini deyib. Atasının yaşadığı şəhəri görmək və qəbiristanlıqda onun məzarına baş çəkmək istəyib. Anna Mehrabyan, oğlunu onun arxasınca gələn nənəsi ilə birlikdə Gəncəyə göndərib.

"Mənə dedi ki, "Ana, Azərbaycanda xoşuma gəlsə, orada qalacağam”. Cavabında ondan soruşdum: "Bəs mən?". Artur Gəncədə daha yaxşı olacağını, atasının olduğu yerlərdə olmaq istədiyini söylədi ”, - deyə qadın xatırlayıb.

İki il yarım Artur Gəncədə yaşayıb, oxuyub. Yeniyetmə Yessentukiyə evə getməli imiş, ancaq pandemiya başladı. Sərhədlər qapadıldı, sonra döyüş əməliyyatları başladı. Narahat olan Anna Mehrabyan səfirlik və nazirliyə müraciət etdi.

“O vaxt bir aydı uşağımı görmürdüm. Məni inandırdılar ki, vəziyyət nəzarət altındadır, hər şey yaxşıdır və yerli sakinlərə toxunulmur. Arturun xalası mütləq onunla birlikdə gələcəyini söylədi”, - deyə Yessentuki sakini vurğulayıb.

17 oktyabrda ailəni böyük kədər bürüdü. Gecə evə mərmi atdılar, bina çökdü. Artur ağır yaralandı və komaya düşdü , 24 oktyabr tarixinə qədər o vəziyyətdə qaldı. Həkimlər yeniyetmənin həyatını xilas edə bilmədilər.

“Ötən gün təsadüfən uşağımın öldüyünü bildim. Axıra qədər inanmırdım. Bunun doğru olmadığını düşünürdüm. Sonra adını gördüm. 17 oktyabrdan komada olub”, - deyə A.Mehrabyan izah edir.

Virtualaz.org-a məlum olub ki, Artur Mayakovun yatdığı xəstəxanadan Anna Mehrabyana bir neçə dəfə zəng edərək oğlunu ziyarət edə bilməsi üçün gəlməsini təklif ediblər. Lakin Anna Mehrabyan gəlməyib…

Mənbə: Bloknot-Stavropol

S.Xankişiyeva

 

Paylaş:
706

Son xəbərlər

Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36
Bütün xəbərlər