Ermənistanda və separatçı rejim daxilində xaos hökm sürür | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanda və separatçı rejim daxilində xaos hökm sürür

20:36 - 04 / 11 / 2020
Ermənistanda və separatçı rejim daxilində xaos hökm sürür

Ermənistan hakimiyyətində münaqişə ilə bağlı bir-birinə zidd fikirlər səslənir. Baş nazir Nikol Paşinyan Türkiyənin münaqişənin nizamlanması prosesinə mane olduğunu və destruktiv rol oynadığını iddia etdiyi halda, prezident Aram Sarkisyan bildirib ki, Moskva ilə Ankara arasında birgə əməkdaşlıqla Qarabağ probleminin nizamlanmasına kömək edə bilər. Bu, Ermənistan hakimiyyətində vahid mövqenin olmadığını, Paşinyanın vəziyyətə nəzarəti itirdiyini göstərir.

AZƏRTAC xəbər verir ki, Ermənistan hakimiyyəti və Qarabağ separatçıları arasında da bir-birinə zidd fikirlər səslənir. Ermənistan tərəfi Azərbaycanın cəbhədə ciddi uğurlar əldə etdiyini gizlətməyə çalışdığı halda separatçılar Azərbaycan Ordusunun kifayət qədər irəlilədiyini etiraf edir və Yerevanda bu barədə məlumatların gizlədildiyinə eyham vurur.

Hamı Ermənistandan işğal olunmuş ərazilərə silah-sursat daşınacağını gözlədiyi halda, əksinə, Dağlıq Qarabağdan Ermənistana silah daşınır, artıq onlarla belə fakt aşkarlanıb, bu, yaxın müddətdə Ermənistanda silahlı qiyam təhlükəsinin real olduğuna işarədir.

Ermənistan vətəndaşları döyüşmək üçün könüllü şəkildə Qarabağa getməkdən imtina edirlər. Erməni vəkil Robert Ayrapetyan sosial şəbəkə hesabında yazıb ki, doğum evlərində ataları döyüşə getməkdən imtina edən körpələrə doğum haqqında şəhadətnamə vermirlər və faktiki olaraq “uşaqları və anaları girov götürürlər”.

Ermənistan tərəfi artıq 3-4 gündür döyüşdə verdiyi itkilərin sayını açıqlamaqdan imtina edir. Bundan əvvəl açıqlanan rəqəmlər ölkədə böyük narazılığa səbəb olub. Paşinyan hakimiyyəti real rəqəmləri açıqlamır, çünki xalqın qəzəbindən qorxur.

Qarabağdakı rejim daxilində də xaos hökm sürür. “Lider” Araik Arutunyanın sağ olub-olmadığı bilinmir, keçmiş müdafiə nazirinin taleyindən xəbər yoxdur, müdafiə nazirinin müavini məhv edilib və s. “Yüksək vəzifəli” ermənilər isə Qarabağdan qaçıb.

Yaranmış xaosda erməni tərəfi yalnız feyk xəbərlər yaymaqla məşğuldur. Amma artıq bu proses də o qədər xaotik xarakter alıb ki, ermənilər özləri öz feykləri arasında çaş-baş qalıblar. Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan Qarabağda “sayca üçüncü muzdlu terrorçu”nun yaxalandığını və hətta artıq dindirildiyini də bəyan edib, bir az sonra isə üzr istəyərək xəbərin təsdiqlənmədiyini deyib.

S.Xankişiyeva

 

Paylaş:
476

Son xəbərlər

Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36
Bütün xəbərlər