Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

10:14 - 04 / 11 / 2020
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Müdafiə nazirliyindən 1news.az-a verilən xəbərə görə, noyabrın 4-ü saat 01:08-dən 08:10-dək Ermənistanın Berd rayonu istiqamətindən Azərbaycanın Tovuz və Ağstafa rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən ara-sıra atəşə tutulub.

1news.az

Paylaş:
266

Son xəbərlər

Bütün xəbərlər