Ermənistan tərəfindən öldürülən dinc əhalinin sayı artmaqda davam edir – Hikmət Hacıyev | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan tərəfindən öldürülən dinc əhalinin sayı artmaqda davam edir – Hikmət Hacıyev

18:35 - 07 / 11 / 2020
Ermənistan tərəfindən öldürülən dinc əhalinin sayı artmaqda davam edir – Hikmət Hacıyev

Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətləri bitmir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz Twitter hesabında yazıb:

"Ermənilərin hücumu nəticəsində Bərdə rayonunda bir yeniyetmə oğlan həlak olub, Tərtər rayonunda isə bir mülki şəxs yaralanıb. Ermənistan tərəfindən öldürülən dinc əhalinin sayı artmağa davam edir".

S.Xankişiyeva

 

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər