Azərbaycan Sakit Okean Alyansının 2-ci Forumun işində iştirak edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Sakit Okean Alyansının 2-ci Forumun işində iştirak edib

17:09 - 13 / 11 / 2020
Azərbaycan Sakit Okean Alyansının 2-ci Forumun işində iştirak edib

12 noyabr 2020-ci il tarixində Sakit Okean Alyansının 2-ci Əməkdaşlıq Forumu video-konfrans formatında keçirilib.

Xaric İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə Alyansda müşahidəçi dövlət statusuna malik olan ölkəmiz 2-ci Forumun işində iştirak edib.

Forumun plenar iclasında çıxış edən AR XİN Xüsusi Tapşırıqlar üzrə Səfiri Elşad İskəndərov Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad edilməsi ilə Azərbaycanın Qarabağ bölgəsinin dünya iqtisadi və mədəni münasibətlər sisteminə geri qayıtdığına diqqət çəkib.

Xüsusilə qeyd edilib ki, Qarabağın mədəni paytaxtı və Qafqazın mədəni incisi olan, Müsəlman Şərqində ilk operanın yazılmasına ilham verən Azərbaycanın mədəni paytaxtı Şuşanın işğaldan azad edilməsi regional turizmin inkişafına böyük töfhə verəcəkdir. Forum iştirakçılarının diqqətinə multikultural irsin turizm sahəsində əhəmiyyəti və bu xüsusda Azərbaycanın malik olduğu zəngin dəyərlər və mədəni irs haqda məlumat verilib.  E. İkəndərov qeyd edib ki, bu sahədə Azərbaycan böyük təcrübəyə malikdir – ölkədə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün tairixi və mədəni abidələr qorunur və bərpa edilir. Turizm və mədəniyyət industriyasının sülhün bərpasında rolunu qeyd edən natiq bu sahədə təcrübəsi olan Azərbaycanın işğaldan azad edilmiş ərazilərini lazımi bərpa işlərindən sonra dünya iqtisadi münasibətlər və mədəni xəzinəsinə qaytaracağına, bunun da bölgədə sülhün möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini qeyd edib.

Qafar Ağayev

Paylaş:
562

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər