Hikmət Hacıyev: Azərbaycanın mülki əhalisinə və obyektlərinə 30 mindən artıq mərmi atılıb
Sentyabrın 27-dən Ermənistanın Azərbaycanın mülki əhalisini və obyektlərini atəşə tutması nəticəsində Azərbaycanın mülki infrastrukturuna külli miqdarda ziyan dəyib.
1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün müharibə zamanı ermənilərin Azərbaycan vətəndaşlarına vurduqları ziyanın qiymətləndirilməsinə həsr olunan mətbuat konfransında deyib.
H.Hacıyev bildirib ki, 27 sentyabrdan başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə və obyektlərinə məqsədyönlü şəkildə 30 mindən artıq mərmi, 227-dən artıq raket atılıb.
S.Xankişiyeva
626