Hikmət Hacıyev: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün əlavə vaxt istəyib | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün əlavə vaxt istəyib

14:51 - 15 / 11 / 2020
Hikmət Hacıyev: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün əlavə vaxt istəyib

Ermənistan Kəlbəcərin tam boşaldılması üçün 25 noyabra qədər vaxt istəyib.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

“Ermənilərin bəyanatda qeyd edilən rayonlardan çıxarılma işləri davam edir. Ermənistan Rusiya vasitəsilə Azərbaycandan 25 noyabra qədər vaxt istəyib. Azərbaycan Kəlbəcər rayonunun ərazi böyüklüyünü nəzərə alaraq və humanizm prinsipindən çıxış edərək Ermənistana 25 noyabra qədər vaxt verdi”.

S.Xankişiyeva

 

Paylaş:
769

Son xəbərlər

Bütün xəbərlər