Dünyada koronavirusa yoluxanların sayı 590 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 590 mindən çox artıb

10:57 - 16 / 11 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 590 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 590 mindən çox artıb.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 594 000 nəfər yeni koronavirusa yoluxub, 8 570 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 53 766 728, ölənlərin isə 1 308 975 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər