“Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurası Prezident İlham Əliyevə məktub göndərib | 1news.az | Xəbərlər
Rəsmi

“Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurası Prezident İlham Əliyevə məktub göndərib

11:28 - 16 / 11 / 2020
“Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurası Prezident İlham Əliyevə məktub göndərib

"Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası"nın Məşvərət Şurası Prezident İlham Əliyevə məktub göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident. 2020-ci il 10 noyabr Azərbaycan tarixinə Böyük Qələbə günü kimi daxil oldu. Rusiya Federasiyasının bütün regionlarında yaşayan azərbaycanlılar bu şanlı Qələbəni və əzəli, tarixi Azərbaycan torpaqlarının işğaldan azad olunmasını bayram edirlər.

Bu şanlı Qələbəyə dahi ümummilli liderimiz Heydər Əliyevin layiqli varisi kimi Sizin müdrik, uzaqgörən siyasətiniz, böyük zəhmətiniz, iradə və qətiyyətiniz sayəsində nail olundu.

Ötən 30 il ərzində münaqişənin sülh yolu ilə nizama salınması üzrə danışıqlar prosesində iştirak etməyimiz bizim sülh tərəfdarı olduğumuzun əyani sübutudur. Zəbt edilmiş bütün Azərbaycan ərazilərindən işğalçıların dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistan 27 il məhəl qoymamışdı. Lakin Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı şanlı və rəşadətli Ordumuzu məcbur etdi ki, işğal olunmuş torpaqlarımızı öz qüvvəmizlə, hərbi yolla azad etsin. Sizin komandanlığınız altında Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Dağlıq Qarabağa bitişik bir çox əraziləri, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhərini azad etdi.

"Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası"nın Məşvərət Şurası adından parlaq Qələbəyə görə, həmçinin Azərbaycanın Prezidenti vəzifəsində apardığınız xarici siyasətə görə Sizə səmimi minnətdarlığımızı bildiririk.

Biz hamımız tarixi Azərbaycan torpaqlarını işğaldan fədakarlıqla azad etmiş igid oğullarımız və şəhidlərimiz qarşısında baş əyirik. Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaqlar. Biz onların igidliyini heç zaman unutmayacağıq!

Bu müharibə Azərbaycan xalqının iradəsini və öz Ali Baş Komandanı ətrafında sıx birləşdiyini nümayiş etdirdi. Tarixi ədalət zəfər çaldı və Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıtdı.

Yaşasın Azərbaycan!"

1news.az

Paylaş:
515

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər