Bakı sakininin özünü odlu silahla vurması faktı ilə bağlı cinayət işi başlanıb - FOTO - YENİLƏNİB

Bakı sakininin “Mercedes” markalı avtomobilin yanında özünü odlu silahla vurması faktı ilə bağlı cinayət işi başlanıb.
Nəsimi rayon prokurorluğundan 1news.az-a bildiriblər ki,noyabrın 15-də saat 16 radələrində 1984-cü il təvəllüdlü Ramin Əliyevin Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında özünə məxsus yivsiz ov silahı ilə baş nahiyyəsinə atəş açaraq özünü öldürməsi barədə Nəsimi rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.
İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
13:26
Sosial şəbəkələrdə “Mercedes” markalı avtomobilin yanında bir şəxsin özünü odlu silahla vurması ilə bağlı fotolar paylaşılıb.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nəsimi rayonu ərazisində bir nəfərin intihar etməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.
“Bununla bağlı araşdırmalar aparılır, həmin şəxs odlu silahdan özünə atəş açıb” – deyə, Prokororluğun açıqlamasında bildirilib.
Qafar Ağayev
648