Bakı poliklinikaları gücləndirilmiş iş rejiminə keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı poliklinikaları gücləndirilmiş iş rejiminə keçib

13:55 - 17 / 11 / 2020
Bakı poliklinikaları gücləndirilmiş iş rejiminə keçib

Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan ( Bakı şəhəri üzrə ) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə 1news.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19 –la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.

Qafar Ağayev

Paylaş:
522

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər