Qazimizin bacısı: “Qardaşım əsir düşməmək üçün özünü dağdan atıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazimizin bacısı: “Qardaşım əsir düşməmək üçün özünü dağdan atıb”

16:30 - 17 / 11 / 2020
Qazimizin bacısı: “Qardaşım əsir düşməmək üçün özünü dağdan atıb”

“Qardaşım döyüşlər başlayanda könüllü olaraq ön cəbhəyə yollandı. Laçında ağır döyüşlərdə ayaq və qol nahiyəsindən yaralanıb”.

1news.az xəbər verir ki, bu sözləri baku.ws-ə açıqlamasında İkinci Qarabağ döyüşlərində iştirak edən əsgər Rufullayev Əsgərin bacısı bildirib. O qeyd edib ki, qardaşı möcüzə nəticəsində sağ qalıb:

“Ermənilər qardaşımı snayperlə vurublar. Günlərlə ac-susuz qalıb. Əsir düşməmək üçün özünü dağdan aşağı atıb. Allaha şükr olsun ki, həyatdadır, sağ qalıb.

Hazırda Horadizdə hospitalda müalicə alır. Bütün tibb işçilərinə təşəkkür edirik, qardaşıma gözləri kimi baxırlar”.

1news.az

Paylaş:
453

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər