Ekmələddin İhsanoğlu Prezident İlham Əliyevə məktub göndərib
İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Otuz ilə yaxındır insan hüquqlarının və beynəlxalq hüquq normalarının pozulması ilə davam edən Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalına Sizin müdrik rəhbərliyiniz və Ali Baş Komandanlığınız ilə hökumətinizin və Azərbaycan Ordusunun parlaq Qələbəsi sayəsində son qoyulmasını böyük qürur və sevinc hissi ilə izləyirik.
Hazırda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi və əvvəllər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 9-cu Baş katibi vəzifəsində olarkən Qarabağda baş verən hadisələri daim yaxından izləmişəm. Həmişə inanmışam ki, gün gələcək, Azərbaycan xalqı doğma torpaqlarını işğaldan azad edəcək. Həmin gün artıq gəlib çatıb.
Mən səmimi-qəlbdən inanıram ki, işğal olunmuş torpaqlarınızı azad etməklə qazandığınız bu qələbə və müvəffəqiyyət müsəlman dünyasındakı digər bənzər problemlərin həllinə nümunə olacaq.
Beynəlxalq forumlarda Azərbaycanın haqq işinin təbliğ edilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mühüm rol oynamasından qürur duyuram.
Zati-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin".
1news.az