Yerevanda Lavrovla Paşinyanın görüşü keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Yerevanda Lavrovla Paşinyanın görüşü keçirilir

13:15 - 21 / 11 / 2020
Yerevanda Lavrovla Paşinyanın görüşü keçirilir

Yerevanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Facebook" səhifəsindən bildirib.

Görüşdən foto paylaşan M.Zaxarova şəkli altına "Dramaturgiya" ifadəsini yazıb.

Qeyd edək ki, bu gün Ermənistana Rusiyanın qurumlararası nümayəndə heyəti səfər edib. Nümayəndə heyətinə S.Lavrovla yanaşı, müdafiə naziri, fövqəladə hallar naziri və baş nazirin müavini daxildir.

1news.az 

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər