Vüqar Rəhimzadə: Azərbaycan nəinki bölgəni, hətta  dünyanı erməni faşizmindən xilas etdi | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Azərbaycan nəinki bölgəni, hətta  dünyanı erməni faşizmindən xilas etdi

16:14 - 21 / 11 / 2020
Vüqar Rəhimzadə: Azərbaycan nəinki bölgəni, hətta  dünyanı erməni faşizmindən xilas etdi

“10 noyabrda  Azərbaycan, Rusiya  prezidentlərinin və  Ermənistanın  baş nazirinin  imzaladıqları 9 bənddən ibarət Bəyanatda noyabrın 15-dək Kəlbəcərin, 20-dək Ağdamın, dekabrın 1-dək isə Laçinın qaytarılması öz əksini tapıb. Noyabrın 15-də Ermənistan Rusiya Prezidentinin vasitəsilə Kəlbəcərin tam boşaldılması üçün  Azərbaycandan əlavə  10 gün vaxt istədi. Azərbaycan vaxtın noyabrın 25-dək uzadılmasına razılığını ifadə etməklə bir daha  humanist  dəyərlərə sadiqliyini nümayiş etdirdi”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

“Bəs bu humanistliyin müqabilində işğalçı Ermənistan necə hərəkət edir? Kəlbəcəri  tərk etmələri ilə bağlı qrafikin təsdiqlənməsindən bu günədək ermənilər   evlərin, meşələrin yandırılması, ağacların  kəsilib  daşınması  ilə məşğuldurlar. Videogörüntülərə diqqət yetirdikdə  ermənilərin onlara məxsus olmayan torpaqları  tərk etmələri ilə bağlı verdikləri açıqlamalar  onların necə vəhşi bir məxluq  olduqlarını bir daha sübut  edir. 27 ildən artıq müddətdə  burada qeyri-qanuni məskunlaşmış ermənilər  açıq-aşkar  evləri yandırdıqlarını etiraf edir, hətta daha da  vəhşiləşərək digərlərini də yandıracaqlarını vurğulayırlar. Dünya bu gün Azərbaycanın humanist addımlarının qarşılığında  işğalçı dövlətin barbarlığını daha aydın şəkildə görür. Amma dünya ictimaiyyəti  susmaqla prosesi nəyə gətirib çıxardığının  fərqindədir. 44 günlük müharibə dünyanı «qış yuxusundan» ayıltdı və reallıqları düzgün dəyərləndirməyəndə beynəlxalq hüququn yoxluğu təəssüratı yaratdığını aparıcı dövlətlərin və beynəlxalq təşkilatların diqqətinə çatdırdı”.

V.Rəhimzadə qeyd edib ki, Bəyanatda əksini tapan müddəaya uyğun olaraq noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı: «Qeyd edək ki, Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilmiş, bir neçə müdafiə xətindən ibarət olmuş və müasir standartlar tətbiq edilməklə hazırlanmışdır. Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Amma möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi, eyni zamanda, Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.»

«Dövlətimizin başçısı İlham Əliyev Ağdamın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən  bir daha bildirdi ki,  Azərbaycanın döyüş meydanında qələbəsi siyasi müstəvidə də  qələbəmizi  şərtləndirdi» söyləyən V.Rəhimzadə qeyd edib ki,  Azərbaycan Ordusu 44 gündə hansı gücə, qüdrətə  malik olduğunu nümayiş etdirdi: « Ən əsası bir daha dünyaya sübut edildi ki, yenilməz, məğlubedilməz ordu Azərbaycan Ordusudur. Ermənilərin yaratdıqları «yenilməz ordu» mifi tamamilə darmadağın edildi. Ermənistan sözün əsl mənasında uğursuz ölkədir. Buna səbəb  işğal faktıdır. Ermənistan hakimiyyəti çox yaxşı bilirdi ki, Azərbaycan işğalla heç zaman barışmayacaq. İşğal alında olan torpaqlarını  istənilən yolla azad emək iqtidarındadır. Amma Ermənistan özünə saxta tarix yaratmaqla öz yalanlarına dünyanı inandımağa səy göstərir. Erməni lobbisinin güclü olduğu Fransa kimi dünyanın nüfuzlu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədr  dövləti    beynəlxalq hüquq normalarını kobul şəkildə pozaraq Ermənistanın işğalçılıq siyasətinə dəstək olur, qondarma «Dağlıq Qarabağ respublikası»nın müstəqilliyinin tanınması məsələsini gündəmə gətirir. Məhz bu iki dövləti bir araya gətirən dəyərlərin nəticəsidir ki, Ermənistanın faşizm siyasəti rəsmi Paris tərəfindən dəstək qazandı. Amma onlar  unudurlar ki, belə mənasız, beynəlxalq hüquqa zidd addımlar  tarixi inkar,  həqiqətləri  ört-basdır etmək imkanında deyil. Azərbaycan nəinki  bölgəni, hətta  dünyanı erməni faşizmindən xilas etdi.»

Baş redaktor işğalçı dövlətin daim səfalət içərisində yaşadığını, hər zaman himayədarlarının  qarşısında boyun  əydiyini önə çəkərək cənab İlham Əliyevin fikirlərinə istinadən bildirmişdir ki,  «mənə kömək elə» prinsipi erməni ideologiyasının əsasını təşkil edir: «Belə bir ölkənin inkişafdan, tərəqqidən danışması nə qədər inandırıcı görünə bilər?  Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə. Ermənilər özləri öz bəlalarının səbəbkarlarıdır. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra  “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar.»

Vüqar Rəhimzadə  qeyd edib ki, qonşu dövlətlərə əsassız torpaq iddiası ilə çıxış edib, himayədarlarının dəstəyi ilə buna nail olan işğalçı Ermənistan gec-tez bu rəzilliyi yaşayacağını bilməli idi. Çünki işğalçı Ermənistanın rəhbərliyi beynəlxalq hüquqdan xəbərsiz olsa da,  dünyanın aparıcı dövlətləri və nüfuzlu  beynəlxalq təşkilatları xəbərdardır, ən əsası bu prinsipləri  zamana və məkana görə tətbiq etməklə ikili standartları dünya üçün qəbul olunmuş bir dəyərə çevirirlər.

1news.az

Paylaş:
609

Son xəbərlər

Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20
Bütün xəbərlər