Lavrov: “Ermənistan rəhbərliyi 10 noyabr bəyanatının alternativsiz olduğunu etiraf etdi” | 1news.az | Xəbərlər
Siyasət

Lavrov: “Ermənistan rəhbərliyi 10 noyabr bəyanatının alternativsiz olduğunu etiraf etdi”

15:47 - 21 / 11 / 2020
Lavrov: “Ermənistan rəhbərliyi 10 noyabr bəyanatının alternativsiz olduğunu etiraf etdi”

“Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanata yenidən baxılması cəhdləri qəbuledilməzdir”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 10 noyabr tarixli üçtərəfli nizamlanmaya dair bəyanatı şübhə alına almaq olmaz:: “Ermənistan rəhbərliyi ilə danışıqlarda bu bəyanatın alternativsiz olduğu etiraf edildi. Qeyd olundu ki, Ermənistan daxilində və xaricində bəyanatı şübhə altına qoymaq qəbuledilməzdir. Ermənistan baş naziri və prezidenti bəyanatın icrasına tam sadiqliklərini bəyan etdilər. Onlar bu bəyanatın ciddi problemləri həll etdiyini, insanların həyatını xilas etdiyini bildirdilər”.

1news.az

Paylaş:
603

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər