Putin: “Bəyanatın mətnini mən, İlham Əliyev və Paşinyan hazırladıq” | 1news.az | Xəbərlər
Siyasət

Putin: “Bəyanatın mətnini mən, İlham Əliyev və Paşinyan hazırladıq”

16:44 - 22 / 11 / 2020
Putin: “Bəyanatın mətnini mən, İlham Əliyev və Paşinyan hazırladıq”

9 noyabrda Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanatın mətninin hazırlanması onu imzalayan hər üç ölkənin - Rusiya, Azərbaycan və Ermənistanın liderləri tərəfindən həyata keçirilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin "Rossiya-1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramı üçün verdiyi müsahibəsində deyib.

V.Putin bildirib: "Mətnin özünə gəlincə, bunu üçümüz hazırladıq - təbii ki, mən, [Azərbaycan Prezidenti İlham] Əliyev və [Ermənistan] Baş naziri Nikol Paşinyan". Rusiya prezidenti qeyd edib ki, başqa cür mümkün deyildi.

Onun sözlərin görə, əslində bunlar iki tərəf - Azərbaycan və Ermənistan arasında imzalanan müqavilələr idi və Rusiya yalnız vasitəçi rolunu yerinə yetirdi və bu sənəddə tərəflərin dinc şəkildə ayırmasını həyata keçirmək öhdəliklərini öz üzərinə götürdü:

"Və bunu biz hazırda edirik. Bu səbəbdən [birgə bəyanatın] müəllifləri şübhəsiz ki, üç tərəfdir".

1news.az

Paylaş:
781

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər