Ombudsman əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı BQXK və BMT-yə təkrar müraciət edəcək | 1news.az | Xəbərlər
Siyasət

Ombudsman əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı BQXK və BMT-yə təkrar müraciət edəcək

10:51 - 22 / 11 / 2020
Ombudsman əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı BQXK və BMT-yə təkrar müraciət edəcək

Cari ilin sentyabr ayından etibarən Ermənistanın Azərbaycana qarşı təkrar hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan əsgərlərinə münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların  işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 12 noyabr 2020-ci il tarixdə aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. 

Ombudsman Aparatından verilən məlumata görə, müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsirlərinə qarşı törədilən qeyri-insani rəftarla bağlı faktlar əks etdirilməklə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsirlərin beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycana qaytarılması, o cümlədən Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, beynəlxalq hüquq normaları ilə hərbi cinayət sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımların atılması tələb edilib.

Qeyd edilib ki, Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimovla bağlı məsələ ilk gündən Müvəkkilin diqqət mərkəzindədir və bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə və BMT-yə təkrar müraciət artıq hazırlanıb.

1news.az

Paylaş:
647

Son xəbərlər

Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33
Bütün xəbərlər