Ermənistanın ədliyyə naziri də istefaya göndərildi | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın ədliyyə naziri də istefaya göndərildi

14:58 - 24 / 11 / 2020
Ermənistanın ədliyyə naziri də istefaya göndərildi

Ermənistan hökumətində istefalar davam edir.

1news.az xəbər verir ki, ədliyyə naziri Rüstəm Badasyan da istefaya göndərilib. Bu barədə erməni KİV-ləri yazır.

Onun yerinə sabiq polis rəisi Ovanes Koçaryanın təyin olunması nəzərdə tutulsa da, o, bu vəzifədən imtina edib.

R.Badasyan nazir vəzifəsinə 2019-cu ilin iyununda təyin olunmuşdu.

Qeyd edək ki, ötən gün elm, təhsil, mədəniyyət və idman naziri Araik Arutyunyan istefaya göndərilmişdi. Daha əvvəl isə müdafiə naziri, xarici işlər naziri istefa vermişdi.

1news.az

Paylaş:
813

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər