Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb | 1news.az | Xəbərlər
Rəsmi

Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb

19:42 - 24 / 11 / 2020
Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb

Prezident İlham Əliyev “Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, qanuna əsasən, Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb.

Publik hüquqi şəxsin təsisçisi strukturun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi səlahiyyətinə də malik olacaq.

S.Xankişiyeva

 

Paylaş:
653

Son xəbərlər

Bütün xəbərlər