Azərbaycan neftinin qiyməti 48 dolları keçib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 48 dolları keçib

12:24 - 25 / 11 / 2020
Azərbaycan neftinin qiyməti 48 dolları keçib

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar artaraq 48,27 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar bahalaşaraq 45,17 dollar olub.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,79 dollar artaraq 48,07 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

1news.az

Paylaş:
959

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər