Fransa senatının qərəzi: absurd qətnamə necə qəbul olundu – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Fransa senatının qərəzi: absurd qətnamə necə qəbul olundu – VİDEO

13:50 - 26 / 11 / 2020
Fransa senatının qərəzi: absurd qətnamə necə qəbul olundu – VİDEO

Qondarma rejimlə münasibətlər haqqında qətnamə layihəsinin Fransa senatında müzakirə edilməsi təkcə erməni təəssübkeşliyi deyil. Bu, həm də Azərbaycana və Türkiyəyə təzyiq forması kimi diqqətdən keçirilir.

1news.az xəbər verir ki, fransız ekspertlər hesab edir ki, Fransa senatında qondarma rejimlə münasibətlərin gündəmə gətirilməsi Fransanın beynəlxalq aləmdəki mövqeyinə və Azərbaycanla, Türkiyə ilə münasibətlərinə zərbə vuracaq.

Qətnamə layihəsinin mətnindən də aydın olur ki, layihə müəlliflərini Qarabağın erməni əhalisinin taleyindən daha çox, Türkiyənin, Azərbaycanın güclənməsi, birlik nümayiş etdirməsi narahat edir. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Azərbaycan və Ermənistan olsa da, Türkiyənin adı qətnamə layihəsində daha çox çəkilir.

Qətnamə layihəsinin müzakirəsində Azərbaycanın mövqeyini müdafiə edən, Dağlıq Qarabağ münaqişəsinə obyektiv yanaşan senatorların çıxışına icazə verilməyib.

Çıxışlardan belə başa düşmək olardı ki, Fransa senatının bir çox üzvlərinin müharibənin başa çatmasından, tərəflər arasında razılığın əldə edilməsindən xəbəri belə yoxdur. Bəzi senatorların militarist bəyanatlarını başqa cür izah etmək mümkün deyil. Məsələn, senator Stefan Ravye deyib ki, Fransadakı erməni gənclər vətənlərinə dönərək vuruşmaq istəyirlər, onların yolu açılmalıdır. Fransa QHT-ləri bu işdə onlara yardımçı olmalıdır. Başqa bir senator isə qondarma rejimin guya hələ 1991-ci ildən müstəqil dövlət kimi fəaliyyət göstərdiyini sayıqlayıb.

Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin detalları haqqında heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən xəbərsiz olan, hətta çıxışları belə dinləməyən, iclas boyu telefonlarda qurdalanan senatorlar səs verərək qərəzli qətnaməni qəbul etdilər. Buna baxmayaraq qərəzli olduğundan və beynəlxalq hüquqa zidd olduğundan əminliklə demək olar ki, sözügedən sənəd adi kaız parçasından başa bir şey deyil.

1news.az

 

Paylaş:
561

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər