Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb – FOTO

23:53 - 27 / 11 / 2020
Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb – FOTO

Türkiyənin Anadolu agentliyi işğaldan azad olunana Ağdam rayonunun dəhşət saçan görüntülərini əks etdirən “Ağdam 27 il sonra azadlığına qovuşdu” sərlövhəli videomaterial hazırlayıb.

Trend xəbər verir ki, videomaterial erməni vandalları tərəfindən dağıntı və təhqirə məruz qalam Ağdam cümə məscidinin görüntülərinin nümayişi ilə başlayır. Sonra məscidin tarixi geniş planda tamaşaçıya çatdırılır. Bunun ardınca şəhərin acınacaqlı mənzərəsi göstərilir. Kadrlardan belə təsəvvür yaranır ki, vaxtilə Qafqazın ən əzəmətli şəhərlərindən sayılan bu məkan sanki vəhşi bir qəbilənin, gəmiricilər sinfinə daxil olan sürünün hücumuna məruz qalıb.

Qeyd edək ki, xarici mətbuat, eləcə də Türkiyənin aparıcı KİV-ləri Ağdam rayonunu atom bombasının təsirindən dağıdılıb viran qalan Xirosimaya bənzədiblər.

S.Xankişiyeva

 

Paylaş:
814

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər