Avropanın inteqrasiya modelinin tənəzzülü: İslamafobiya və Türkofobiya Mövqeyi ilə Bəşəri Dəyərlərə Kor Qalmaq | 1news.az | Xəbərlər
Siyasət

Avropanın inteqrasiya modelinin tənəzzülü: İslamafobiya və Türkofobiya Mövqeyi ilə Bəşəri Dəyərlərə Kor Qalmaq

13:08 - 30 / 11 / 2020
Avropanın inteqrasiya modelinin tənəzzülü: İslamafobiya və Türkofobiya Mövqeyi ilə Bəşəri Dəyərlərə Kor Qalmaq
Elnarə Qəribova, Sosial Tedqiqatlar Mərkəzi, Baş məsləhətçi

Son illər və əsasən son bir ay ərzində Avropada islamafobiya və türkofobiyanın artan sürətlə irəlilədiyini KİV vasitələrində  acıq müşahidə etmək olar.

Bu baxımdan Avropa İttifaqına üzv dövlətlərdən əsasən Fransa, Almaniya, Avstriya və Niderlandın siyasi və ictimai mühiti fəallıq göstərir. Ümumi olaraq isə son 3 il ərzində islamafobiya meyilli nümayişlər və fəaliyyətlər Almaniya, Niderland, İtaliya, Avstriya, Belçika, Fransa, Macarıstan, Danimarka, İspaniya, Norveç və Böyük Britaniyada aktiv müşahidə olunur. İslamafobiya meyilli fəaliyyətlər, nümayişlər, etirazlar, çıxışlar və bunun nəticəsində pozulan insan hüququqlarının ən çox pozulduğu ölkələrdən biri olan Niderland parlamentinin Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul edib.  Parlamentdə müzakirələr zamanı Niderlandın xarici işlər naziri isə  daha balanslaşdırılmış yanaşma ilə çıxış edib. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı əlbəttə ki, islamafob və türkofob mövqe olaraq qərəz nümayiş etdirir. Qeyd edilməlidir ki, Ermənistanın Azərbaycana hücum etməsi və Azərbaycanında özünü müdafiə etməsi nəticəsində, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad edib. Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində və tarixi sənədlərə əsasən azad etdi. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropa İttifaqı ilə Azərbaycan tərəfindən imzalanmış sənədə uyğundur.

İslamafobiyanın geniş vüsət aldığı ölkələrdən biri olaraq Niderland parlamentinin belə qərar qəbul edən ölkə olması sual yaradır...  Axı otuz il işğal edilmiş torpaqlarına qayıtmağı gözləyən bir milyon Azərbaycan qaçqın və məcburi köçkünü Niderland və ya başqa Avropa ölkəsində yaşamayıblar, Azərbaycanda yaşayaıblar.

Həmçinin, Ermənistanın müharibə zamanı davranışı həm də onların rəhbərliyinin qeyri-insani münasibətini göstərir. Çünki münaqişə zonasından uzaqda yerləşən dinc şəhərlərə Ermənistan ərazisindən ballistik raketlərlə hücum etmək müharibə cinayətidir. Ermənistanın kasetli və fosforlu bombalardan istifadə edib, bu faktdır, bu müharibə cinayətidir! Beynəlxalq media və beynəlxalq təşkilatlar bunu təsdiq edib.[1] [2] İşğal edilmiş torpaqlarda ermənilər tərəfindən edilən vandallıq, vəhşilik tarixi, mədəni və dini abidələrin dağıdılması, dəyişdirilməsi, təhrif olunması kimi hüquqa və insanlığa zidd əməllərin baş verməsinə göz yuman bəzi Avropa ölkələri, həm Ermənistanın törətdiyi müharibə cinayətlərini  həm də öz ərazilərində baş verən və pozulan beynəlxalq hüququn maddələrini görməməzlikdən gəlirlər. Görünür Femidanın bağlı gözü Avropanın nə vaxtsa inandığı bəzi bəşəri dəyərlərə olan münasibətinidə kor edir. Əlbətdəki Aİ-yə üzv dövlətin bu cür davaranışının rəsmi açıqlaması olacaq və Avropa Komissiyası gərəkli şərhlər verəcək. Çünki Azərbaycan Aİ-nın partnyorudur və münasibətlər inkişaf istiqamətində irəliləməktədir.  Məlum olduğu kimi, Avropa Komissiyası və Azərbaycanın çox geniş əməkdaşlıq gündəliyi var. 2018-ci ildə Brüsseldə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam dəstəkləyən “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb.

Bəşəri və dini dəyərləri özündə birləşdirən multikultural model olaraq  müxtəlif etnik qrupların firavan və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycana qarşı siyasi və dini zəmində edilən sərt və qərəzli mövqe bəzi Avropa ölkələrinin, öz dövlətlərində baş verənlərə baxıb Azərbaycandan nümünə götürməsi gərəklidir. Bu baxımdan aşağıda qeyd edilən məlumatlar əsasında Avropada anti-islam və türkofob fəaliyyətlərə bir az aydınlık gətirək.

Avropada İslamafobiya və türkofobiya

Son illər Avropa ölkələrində baş verən daxili, ictimai və siyasi proseslərdə əsasən islamafobiya  və miqrant əleyhinə fəaliyyətlər aktuallığını saxlamaqdadır. Suriya gərginliyi nəticəsində Avropada yaranan miqrasiya problemi fonunda, yaşlı qitənin böyük şəhərlərində baş verən terror aktlarında müsəlmanların iştirakı amillər islamafob şüarların açıq şəkildə səsləndiyi etiraz aksiyalarına takan verdi. Avropada islama münasibət çox isti olmasada cəmiyyətdə açıq şəkildə qıcıq yaradan və diskriminasiyaya yönəlik çağırışlar demək olar ki, yox idi. Lakin, son illərdə bu hal kəskin dəyişdi. İslamafob, türkofob fikirlər nəyinki cəmiyyətin hətta ölkə rəsmiləri, siyasətçilərin leksikonunda yer tapdı.  Bütün bunlar yalnız miqrant axını və terrorçuları gündəmə gətirmir, ümumiyyətlə islama qarşı kampaniya təəssüratı yaradır. Bu baxımdan aparılan monitorinq nəticəsində islamafobiya Avropa Ittifaqının (Aİ) əsasən 10 ölkəsində əsasən Fransa və Niderlanda, türkofobiya isə Almaniyada və Avstriyada daha çox müşahidə edilir.[3]

Qeyd edilməlidir ki, aparılan monitorinq prosesində həmin ölkələrin ifrat sağ siyasi liderlərinin bəyanatlarından sonrakı vəziyyətin diqqət mərkəzinə gətirilərək islamafobiyanın getdikcə şiddət xarakteri alması, multikultural dəyərlər hesab edilən fərqli mədəniyyət və dinlərin birgə yaşayışı modelindan imtina edilməsi, Avropanın inteqrasiya modelinin tənəzzülü və bunların Avropa məkanında ictimai, siyasi və hüquqi aspektlərdə əks olunması ilə bağlı mətbuata verilən müsahibələr, məqalələr və tədqiqat  materialları da təhlil edilmişdir. Həm dövlət nümayəndələrinin həm də müxtəlif ictimai və siyasi təşkilatların acıqlamaları və həyata keçirtdikləri fəaliyyətləri vasitəsilə  islamafobiya və türkofobiyanın Avropa üçün təhlükə olaraq gordükləri qənaəti yaranmaqdadır.

Ümumbəşəri dəyərlərin qorunmasını özünün ali prinsipi hesab edən və bunu tənzimləyən qanunların icra edilməsi öncəliyini tələb edən Avropa İttifaqının bu həssaslığına bir çox üzv dövlətləri laqeyd münasibət göstərməkdədi. Aİ üzv dövlətlərinin bəzilərinin islamafobiya və türkofobiya meyilli fəaliyyətlərdə İttifaq hüququnun təməl mənbələri hesab edilən ümumbəşəri dəyərlərdən olan insan hüquqları haqqında beynəlxalq qanunlara məhəl qoymayaraq, insan hüquqlarının pozulması hallarının getdikcə artmasına şərait yaradırlar. Qeyd etmək lazımdır ki, Aİ ölkələrində islamafobiya və türkofobiya meyilləri artdıqca, pozulan insan hüquqları halları da, artamağa davam etməktədir. Belə ki, son illər Avropa İttifaqına üzv ölkələrində İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyası (AİHK) üzrə əsəsən aşağıdakı hüquqların pozulduğu müşahidə edilmişdir:

  • Maddə 1. İnsan hüquqlarına hörmət olunması öhdəliyi;
  • Maddə 5. Azadlıq və toxunulmazlıq hüququ;
  • Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ;
  • Maddə 9. Fikir, vicdan və din azadlığı;
  • Maddə 13. Səmərəli hüquqi müdafiə vasitələri hüququ;
  • Maddə 14. Ayrı-seçkiliyin qadağan olunması;
  • Maddə 16. Əcnəbilərin siyasi fəaliyyətinin məhdudlaşdırılması;
  • Maddə 17. Hüquqlardan sui-istifadənin qadağan olunması;
  • Maddə 18. Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya insan hüquqları bəyannaməsinin (ÜİHB) isə qeyd olunan maddələr üzrə insan haqlarının pozulması mühahidə olunmuşdur:

  • Maddə 2. Hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, silk mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır;
  • Maddə 7. Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun tərəfindən bərabər müdafiə olunmaq hüququna malikdirlər. Bütün insanlar, hazırkı Bəyannaməni pozan istənilən ayrı-seçkilik aktından və belə bir ayrı-seçkiliyə hər cür təhrikdən müdafiə olunmaqda bərabər hüquqlara malikdirlər;
  • Maddə 8. Hər bir insan, Konstitusiya və ya qanunla ona verilən əsas hüquqlarının pozulması hallarında səlahiyyətli məhkəmələr tərəfindən bu hüquqlarının səmərəli şəkildə bərpa edilməsi hüququna malikdir;
  • Maddə 10. Hər bir insan öz hüquq və vəzifələrini müəyyənləşdirmək üçün və ona qarşı qaldırılan cinayət ittihamının əsaslandırılmıs olub-olmamasını aydınlaşdırmaq üçün ona qarşı qaldırılan isə müstəqil və qərəzsiz məhkəmə tərəfindən tam bərabərlik əsasında, açıq və ədalətin bütün tələblərinə riayət olunmaqla baxılmasını tələb etmək hüququna malikdir;
  • Maddə 11.

1.Cinayət törətməkdə ittiham edilən hər bir insan, ona bütün müdafiə imkanları təmin edilməklə, açıq məhkəmə arasdırması yolu ilə onun günahkar olduğu qanuni qaydada müəyyən edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir.

  1. Heç kim, törədildiyi zaman milli qanunlara və ya beynəlxalq hüquqa görə cinayət tərkibi dasımayan hər hansı bir əməl və ya fəaliyyətsizlik əsasında cinayət törətməkdə ittiham oluna bilməz. Habelə, cinayətin törədildiyi zaman tətbiq edilə bilən cəzadan ağır cəza verilə bilməz;
  • Maddə 18. Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir: bu hüquqa öz dinini və ya əqidəsini dəyismək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də basqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir;
  • Maddə 28. Hər bir insan, hazırkı Bəyannamədə ifadə edilən hüquq və azadlıqların tam şəkildə həyata keçirilməsinə sərait yaradan sosial və beynəlxalq idarə üsulu hüququna malikdir.

Qeyd etmək lazımdır ki, ümumbəşəri dəyərlərin qorunması üçün tərtib olunan beynəlxalq hüququn bu iki sənədi AİHK və ÜİHB Avropa İttifaqının hüququnun fundamental mənbəyinin əsasını təşkil edən sənədlərdən biridir.

 Həmçinin Avropa İttifaqının qəbul etdiyi Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasının 10, 14.3, 21, 22, 48[4] məddaləri üzrə insan hüquqlarının pozulduğunu qeyd etmək lazımdır. Aİ həyata keçirdiyi siyasətinin insan hüquqlarına təsir etdiyini qəbul edərək və öz vətəndaşlarının Avropa İttifaqına “daha yaxın” olduqlarını hiss etmələri üçün səylər göstərərək 2000-ci ildə Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasını qəbul etdiyini bəyan etmişdir. Xartiya Avropa İttifaqına üzv olan dövlətlərin konstitusiyalarında, Avropa İnsan Hüquqları Konvensiyasında, Avropa Sosial Xartiyasında və insan hüquqlarına dair beynəlxalq müqavilələrdə, o cümlədən Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasında nəzərdə tutulmuş hüquqlardan qaynaqlanan insan hüquqlarından ibarət bir siyahıdan təşkil olunub. 2009-cu il dekabrın 1-də Lissabon sazişi qüvvəyə mindikdən sonra Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasına əsasən Avropa İttifaqı təsisatları  və Avropa İttifaqının üz dövlətləri “Avropa İttifaqı qanunvericiliyini icra etdikləri zaman” öz fəaliyyətlərini bu Xartiyaya uyğunlaşdırmalıdırlar (Xartiyanın 51-ci maddəsi).[5]

İslamafobiyanın tərəfdarları, islamafobiyanın artan əlamətlərinin islam cəmiyyəti və mədəniyyətinin ümumi qeyri-kafi anlayışının göstəricisi olduğu fikrindədirlər. Həmçinin islamafoblar, əsasən 11 sentyabr hadisəsindən sonra ortaya çıxan terrorizmin dayandırılacağı təqdirdə, islamafobiyanın da yox olacağı qənaətindədirlər. “İslamafobiya” kitabının müəllifi olan Kris Allen bu tezisin son dərəcə təhlükəli olduğu qənaətindədir.[6] Kris Allenin fikrinə əsasən bu, sonda bütün müsəlmanları terrorçu kimi təsvir edən stereotipləri legitimləşdirir.

Avropada islamafobiya fəaliyyətləri ölkəyə görə fərqlənir.  Son illərdə Avropa ölkələrində artan islamafobiyanın səbəbi bir çox terror hadisələri ilə yanaşı Parisdə 2015-ci ildə Charlie Hebden redaksiyasına hücumun edilməsi, Londonda korpüdə edilən hücumla və Brüsseldə Havalimanındakı partlayışla xarakterizə edilir.[7] Qeyd etmək lazımdır ki, müşahidə edilən hallardan biridə odur ki, islamafobiya hər bir ölkədə fərqli fəaliyyətlərlə görünür. Pew Tədqiqat Mərkəzinin rəy sorğusunun nəticələrinə əsasən, ard-arda baş verən terror hadisələrindən sonra 2016-cı il ərzində Avropa dövlətlərində müsəlmanlara qarşı qərəzli və mənfi münasibət daha da güclənib. Britaniyada bu rəqəm 20 faizdən 29 faizə yüksəlib. İtaliya və İspaniyanın hər birində bu göstərici səkkiz faiz artaraq 50 və 69 faizə çatıb. Yunanıstanda isə müsəlmanlara qarşı mənfi münasibət 2014-cü ildən bəri 12 faiz artaraq 65 faiz olub.[8]

Avropada etiraz və aksiyaların əksəriyyəti ölkələrin paytaxtında həyata keçirilsə də ancaq islamafobiya ilə bağlı fəaliyyətlərin yayılması ölkələrə ğörə fərqlənir.

Belə ki, Skandinaviya ölkələrində islamafobiya meyilli fəaliyyətlər əsasən mətbuatda və sosial mediada edilən çıxışlar və buna göstərilən münasibətlərdə müşahidə edilməktədir.

Niderlandda, Almaniyada, Belçikada, Fransada isə anti-müsəlman aksiyaları ölkələrin paytaxt mərkəzində cəmləşir və daha sonra tədricən ətraf rayonlara doğru azalır.  Bu mərkəz ilə ətraf rayonlar arasında bir kontrast yaradır. Bu baxımdan London fərqlilik təşkil edir. Londonda Islamophobiya hadisələri mərkəz və ərtaf rayonlarda eyni vaxtda və  həcmdə baş verir.  İslamafobiya ilə bağlı hadisələr daha çox nəqliyyat sistemində və vasitələrində: avtobus və qatarlarda və ya yol qovşaqlarında baş verir. Buna görə də bu fenomen nəqliyyat vasitələrində daha çox müşahidə edilir. Fransada İslamafobiya[9] fəaliyyətləri əsasən dövlət qurumlarında baş verir ki, buna misal olaraq təhsil və səhiyyə müəssisələrini göstərmək olar.[10] Fransa Respublikasının modeli bütün vətəndaşları fransız qəbul edir və insanlar arasında irqi və dini əsasda fərq qoymur. Bu məsələnin “de jure” tərəfi. “e facto” tərəfi isə müəyyən zamanlarda Fransanın ictimi və siyasi mühitində özünü kəskin göstərməktədir.[11][12] Belə ki, “Charlie Hebdo” ilk dəfə deyil ki, dini inanclara qarşı qeyri humanist, hüquqa zidd əməlləri törədir. Jurnal özünün islamofob fəaliyyəti ilə faktiki olaraq söz, mətbuat azadlığından sui-istifadə edir, nifrəti, dini ayrı-seçkiliyi və zorakılığı təşviq edir: İslam peyğəmbəri Məhəmmədin karikaturalarının yenidən dərc olunmasını  2015-ci ildə “Charlie Hebdo” jurnalının redaksiyasının yerləşdiyi binada baş vermiş terror aktında həlak olanların xatirəsinə həsr olunacağını əsas gətirir. Jurnalın bu mövqeyinə  cavab reaksiyası verən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə almasını da qəbuledilməz hesab edilir Həmçinin, Azərbaycandakı mövcud müharibə prosesini obyektiv işiqlandıran Fransanın TF1 televiziya kanalının cəbhə xəttindən obyektiv reportaj hazırlayan jurnalistinin ermənilər tərəfindən təhqir olunması və hədələnməsinə münasibətdə susqunluq nümayiş etdirilərək, “Charlie Hebdo”nun təxribatlarına, fikir azadlığının arxasında gizlənərək bəraət qazandırılması cəhdləri bir sıra suallar yaradaraq  insan hüquqularının beşiyi sayılan Fransaya münasibətdə böyük təəssuf yaradır.

Yekun olaraq, insan hüquq və azadlıqlarının təmin edilməsinin özünün ali məqsədi olduğunu dünyaya car çəkmiş və demokratik cəmiyyət quruculuğu yolunu bəyan etmiş Avropa İttifaqı qəbul etdiyi qanunların icrasının bu gün böhranını yaşayır. Heç bir qanun özü özlüyündə cəmiyyətə demokratiya bəxş edə bilməz, bu, gərəkli şərtlərdən yalnız biridir. Demokratiya sadəcə bir mexanizm yox, ilk növbədə mədəniyyətdir. Onun yetişməsi üçün insan hüquqları haqqında biliklər və bu  biliklərin qorunması təcrübəsi də  gərəkdir. Avropa ictimai və siyasi müstəvinin müşahidələri əsasında görünən hal odur ki, Avropa İttifaqındakı demokratiya boşluğu dövlət-din münasibətində ksenofobiya, islamafobiya, miqrant əleyhinə fəaliyyətlər zəmnində insan hüquqlarının pozulmasına şərait yaradır. Bunun davamlı xarakter alması ümümbəşəri dəyərlərdən olan təməl insan hüquqularının toxunulmazlığını təhlükə təsirinə məruz qoya bilər.

[1] https://www.amnesty.org/en/latest/news/2020/10/armenia-azerbaijan-first-confirmed-use-of-cluster-munitions-by-armenia-cruel-and-reckless/?fbclid=IwAR37ZkBl2fNDx0CGLzZKzz95W7MVKepyaOBevd4w3gynHxAJiWm7r26JPUA

[2] https://www.hrw.org/news/2020/10/30/armenia-cluster-munitions-kill-civilians-azerbaijan?fbclid=IwAR3Tm9sK_15TVVsFuuQmjCCuv N6kUOxwuWTri5FTGPhaEeowkvfy_DNPFVI  

[3] https://www.pewforum.org/2015/04/02/religious-projections-2010-2050/

[4] http://www.europarl.europa.eu/charter/pdf/text_en.pdf

[5] http://www.europarl.europa.eu/charter/pdf/text_en.pdf

[6] https://serdargunes.files.wordpress.com/2015/04/islamophobia-christopher-allen-2010.pdf

[7] https://www.thelocal.fr/20180509/islamophobia-in-paris-and-london-how-it-differs-and-why

[8] https://www.pewforum.org/2015/04/02/religious-projections-2010-2050/

[9] https://www.aa.com.tr/tr/dunya/uluslararasi-af-orgutu-fransa-daki-teror-karsiti-onlemler-insan-haklari-endisesi-olusturuyor/2032210

[10] https://www.aa.com.tr/en/europe/france-4-children-terrorized-by-police-for-11-hours/2035384

[11] https://apnews.com/article/religion-nice-pope-francis-france-b0e6d2e67604d5f3f26abc488e9dda6a

[12] https://www.islamophobie.net/en/2020/10/26/le-nouveau-depart-du-ccif-pour-preserver-sa-liberte-daction/

Paylaş:
1106

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər