Azərbaycanlılar Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Fransanın mövqeyinə etiraz aksiyası keçiriblər – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlılar Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Fransanın mövqeyinə etiraz aksiyası keçiriblər – FOTO

18:46 - 03 / 12 / 2020
Azərbaycanlılar Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Fransanın mövqeyinə etiraz aksiyası keçiriblər – FOTO

Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin qarşısında Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair təklifin səsə qoyulmasına qarşı etiraz aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Niderlanda yaşayan Azərbaycan və türk icmalarının nümayəndələri Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin qarşısına toplaşaraq Avropa İttifaqının üzvü olan Fransanı ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altındakı arazilərimizi erməni qəsbkarlarından azad etdiyi vurğulanıb.

“Fransa, Ermənistan terrorizmini dəstəkləməyi dayandır!”, “Qarabağ Azərbaycanındır!” yazılan plakatlar, Azərbaycan və Türkiyə bayraqları ilə Beynəlxalq Ədalət Məhkəməsinin qarşısına toplaşanlar “Ədalətsizliyə son!”, “Ədalət istəyirik!”, “Qarabağ Azərbaycandır!”, “Biz sülh istəyirik!”, “Fransa, terrorizmi dəstəkləməyi dayandır!”, “Fransa, təcavüzkarı dəstəkləməyi dayandır!”, “Ermənistan təcavüzünə son!”, “Xocalıya ədalət!”, “Qarabağa ədalət!”, “Fransa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət et!” kimi şüarları səsləndiriblər. Aksiya iştirakçıları bir neçə dildə çıxış edərək Qarabağda baş vermiş son hadisələr, eləcə də Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərində Ermənistanın ballistik raketlərlə mülki əhalini hədəfə aldığını deyiblər. Nümayişçilər Fransanın ədalətsiz mövqeyinə etirazlarını bildiriblər.

S.Xankişiyeva

 

 

 

Paylaş:
538

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər