Samsung AirDresser – qarderobunuza yeni baxım dövrünü bəxş edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Samsung AirDresser – qarderobunuza yeni baxım dövrünü bəxş edir

10:47 - 04 / 12 / 2020
Samsung AirDresser – qarderobunuza yeni baxım dövrünü bəxş edir

Moda dövri xarakter daşıyır və təkrarlanmağa meyllidir, bu səbəbdən geyimlərinizin sizə uzun müddət xidmət etməsini təmin etmək çox vacibdir.

Çünki, ən nəfis geyim belə, qulluq qaydalarına əməl edilmədiyi halda öz cazibəsini itirə bilir. Belə ki, qarderobumuzda yer alan bəzi əşyalar quru təmizləmə tələb edir, lakin bu xidmətdən tez-tez istifadə etmək büdcəmizə zərər vura bilir. Samsung, qeyd edilən problemləri nəzərə alaraq, müasir həll yolu təqdim edir və  geyim baxımında yeni bir dövrün başlamasını elan edir. Belə ki, istehsalçının təqdim etdiyi xüsusi AirDresser buxar şkafı, paltarlarınızı uzun müddət əla vəziyyətdə saxlamağa kömək edəcəkdir. Kostyumlarınızın hər zaman səliqəli görünməsini, şifon paltarınız qüsursuz ütülənməsini və uşaq geyimlərinin hər zaman dezinfeksiya olnumasını istəyirsinizsə,  bu halda AirDresser sizə lazım olan tək şeydir.

Qoxuları zərərsizləşdirmək, qırışları açmaq və paltarlarınızı qurutmaq üçün güclü buxar və hava axınından istifadə edərək, AirDresser ev şəraitində geyimlərinizə kompleks üsullu baxım təqdim edir. Əvəz olunmaz köməkçiniz olan bu buxar şkafı öz incə silueti sayəsində, həmdə unikal interyer elementi rolunu oynayır.  AirDresser futuristik kabinanı xatırladaraq, asanlıqla soyunma otağı və ya qarderob şkafına yerləşdirilə bilir,  qoşulmaq üçün isə yalnız elektrik enerjisinə çıxış tələb olunur. Şkafın içi müxtəlif rəflər, "ciblər", eləcə də Air Hangers adlanan asılanlar ilə təchiz edilmişdir. Xüsusi dəliklər sayəsində hava birbaşa asılqanların içərisindən keçərək, güclü buxar axını sistemi ilə birlikdə geyimləri içəridən çölə, iki istiqamətə - yuxarıya və aşağıya doğru tam şəkildə havalandırır. Bu cür sistem, demək olar ki, səssiz və titrəmə olmadan işləyərək, parça liflərinə hətta ən dərindən hopmuş tozları belə effektiv şəkildə təmizləyir. Bundan əlavə, buxar şkafı paltarlarınız üçün güclü dezodorator funksiyasını da icra edə bilir, belə ki, AirDresser istənilən qoxuları tər və tüstü qoxuları daxil olmaqla 99% -ni aradan qaldırmağa qadirdir. Həmçinin, AirDresser's Fragrance Kit ilə paltarınıza istədiyiniz ətri əlavə edə bilərsiniz.

Əlavə olaraq, buxar şkafı geyimləri qurudur və  səliqəsiz qırışları aradan qaldırır. Burada paltarların ütüləməsi üçün güclü buxarla işlənməsi ilə yanaşı, paltarların mexaniki zədələnməsini əhəmiyyətli dərəcədə azaldan üsulla geyimlərin qurudulması təmin olunur. Beləliklə, iki texnologiyanın: yuxarı hissədə - JetAir hava axınının və aşağıda - HeatPump nasosunun koordinasiyalı işi sayəsində şkafın içərisində “düzgün” hava sirkulyasiyası təmin edilir və bu da paltarınızı bərabər şəkildə qurutmağa kömək edir.

Günümüzdə təmizliyi qorunub saxlanması və geyim üzərindəki mikrobları zərərsizləşdirməsi  bir çoxları üçün ən vacib məqamlardan biridir. Qərbdə “New Normal” adlanan yeni yaşam tərzi, sadə gigiyena qaydalarına riayət edərək özümüzü və yaxınlarımızı qorumağa kömək edir. Burada gündəlik geyindiyimiz paltarların düzgün dezinfeksiya edilməsi xəstəlik riskinin azaldılmasında əsas rol oynayır, belə ki, AirDresser istifadə olunan güclü buxar virus və bakteriyaların 99.9% -ni yox edən “dezinfeksiya dövrü” ilə təchiz edilmişdir.

AirDresser-in əsas üstünlüyü ondan ibarətdir ki, Samsung istehsalı olan bu buxar şkafı istifadəçilərə geyim qulluğunu müstəqil şəkildə həyata keçirməyə imkan yaradır. Belə ki, uşaqlarınızın futbol formasına və ya xüsusi hazırlanmış kostyumlara qulluğun təmin edilməsində  AirDresser gündəlik həyatınıza əla bir əlavə olub, ehtiyac duyduğunuz zaman qarderobunuza təravət vermək üçün yaradılmışdır.

Reklam hüququnda

Paylaş:
546

Son xəbərlər

Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıbBu gün, 11:38Gənc zabitlərin püşkatması keçirilibBu gün, 11:15Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıbBu gün, 11:13Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıbBu gün, 11:06Yanvar-apreldə əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilibBu gün, 10:46İzmirdə zəlzələ olubBu gün, 10:33AMB 15 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 10:02Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:27Ənənəvi “Prado” indi Land Cruiser 250 adı ilə daha aqressiv! - VİDEOBu gün, 09:16Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıbBu gün, 08:55Paytaxtın bəzi yollarında tıxac var - SİYAHIBu gün, 08:51Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdü14 / 05 / 2024, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib14 / 05 / 2024, 17:35Naxçıvanda intensiv yağışlar fəsadlar törədib - VİDEO14 / 05 / 2024, 17:27Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub14 / 05 / 2024, 17:14Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat bu tarixdə başa çatacaq14 / 05 / 2024, 17:11Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edib14 / 05 / 2024, 17:07Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayır14 / 05 / 2024, 16:32Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ14 / 05 / 2024, 16:22Aytən Səfərova düşdüyü qəzadan danışdı: “O kadrları istərdim, siz də görəsiniz, amma...” - VİDEO14 / 05 / 2024, 16:14
Bütün xəbərlər