Robert Köçəryan: Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün əlindən gələni etdi | 1news.az | Xəbərlər
Siyasət

Robert Köçəryan: Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün əlindən gələni etdi

16:10 - 05 / 12 / 2020
Robert Köçəryan: Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün əlindən gələni etdi

"Müharibənin qarşısını almaq olardı, ancaq Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi".

1news.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan "5-ci kanal" telekanalına verdiyi müsahibəsində deyib.

"Əminəm ki, Ermənistan hakimiyyəti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi. Hər şey edildi. Yeni bir şey söyləməyəcəyəm, çünki bu bir ay ərzində mətbuatı izlədim. Demək olar ki, hər şey deyildi, sadəcə, deyilənləri vahid bir təsəvvür yaratmaq üçün ümumiləşdirə bilərsiniz. Niyə danışıqlar prosesi dalana dirəndi. Qəsdən edildi. Qarşılıqlı müstəsna bəyanatlar elə bir vəziyyət yaratdı ki, hətta həmsədrlər də erməni tərəfinin nə istədiyini anlamadılar", - Köçəryan belə deyib.

Onun sözlərinə görə, bütün bu uğursuzluqların səbəbkarı baş nazir Nikol Paşinyandır. Çünki o, bütün danışıqlar prosesinə sıfırdan başlamağa üstünlük verib.

"Tavuşda sərhəd münaqişəsi təxribatı. Bizim tərəfimizdən törədilmiş təxribat. Bəli. Şimalda. Baş Qərargah rəisi deyəndə ki, 12 iyunda Ermənistanın müharibəyə hazır olmadığı barədə məruzə göndərib və bundan bir ay sonra belə bir təxribata cəhd etmək, bu insidentin mahiyyətini şişirtmək - 70 nəfəri ordenlərlə təltif edərək, Azərbaycanı və Türkiyəni məğlub etdiyimizi demək - bunlar müharibəyə yönəlmiş təxribat deyildisə, bəs nə idi? Əgər bilirsənsə hazır deyilsən, niyə bu addımı atırsan? Çünki düşündün ki, Türkiyə və Azərbaycan bunu sadəcə həzm edəcək?" - deyə sabiq prezident sözlərinə davam edib.

R.Köçəryan bildirib ki, Azərbaycana qarşı təxribatlarda boş sözlərə meyl etmək lazım deyildi:

"Bunu da bir hökumət üzvü etdi və əminliklə deyə bilərik ki, baş nazirin qurumu tərəfindən edildi.

Yeri gəlmişkən, bu cür davranmaq yalnız o halda mümkün idi ki, sən bir üstünlüyə maliksən və o qədər güclüsən ki, bu cür nüanslara əhəmiyyət vermirsən. Ancaq bu belə deyil: resurslar, əhali, büdcə, ümumi daxili məhsul baxımından. Bu doğru deyil. Yenə deyirəm, hökumətimiz şüurlu və ya şüursuz olaraq bu müharibənin qaçılmaz olması üçün hər şeyi etdi. Bu bir həqiqətdir".

1news.az

Paylaş:
648

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər