Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Azərbacan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb.
Nazirlikdən 1news.az-a bildirilib ki, bu ilin 5 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.
1news.az
516