Çinin “Sinovac” vaksini sınaqlarda 97 faiz effektivlik göstərib | 1news.az | Xəbərlər
Dünya

Çinin “Sinovac” vaksini sınaqlarda 97 faiz effektivlik göstərib

09:32 - 09 / 12 / 2020
Çinin “Sinovac” vaksini sınaqlarda 97 faiz effektivlik göstərib

Koronavirusa qarşı "Sinovac" vaksininin sınaqları üzrə aralıq məlumatlarına əsasən, Çin preparatı 97 faiz effektivlik göstərib.

1news.az xəbər verir ki, bu barədə İndoneziyanın dövlətə məxsus "Bio Farma" əczaçılıq kompaniyası məlumat yayıb. "Bir ay boyunca klinik sınaqlar aparan qrupumuz "Sinovac" vaksininin 97 faizə qədər effektivlik göstərdiyini qeydə alıb", - deyə kompaniyanın nümayəndəsi İvan Setiavan bildirib.

Kompaniya yerli tənzimləyicinin yanvarın sonunadək "Sinovac" vaksininin fövqəladə vəziyyətlərdə istifadəsinə icazə verəcəyini gözləyir.

Bir qədər əvvəl İndoneziya Prezidenti Coko Vidodo cari ilin sonlarına qədər ölkədə koronavirus əleyhinə kütləvi vaksinasiyanın başlaya biləcəyini deyib. Prezidentin sözlərinə görə, vaksinin təhlükəsizliyi bu məsələdə prioritet təşkil edir. İlk növbədə, tibb müəssisələrinin işçiləri, polis əməkdaşları və hərbçilər peyvənd olunacaq.

İndoneziya ilk mərhələdə Çinin "Sinovac" və "Sinopharm" kompaniyalarının vaksinlərindən istifadə edəcək. Ölkəyə çatdırılacaq 18 milyon peyvənd dozasından 15 milyonu yerli "Bio Farma" əczaçılıq kompaniyası tərəfindən istehsal olunacaq. Ümumilikdə isə İndoneziya 250 milyon vaksin dozasının tədarükü barədə müqavilə imzalayıb. Müqavilə imzalanan kompaniyalar arasında Amerikanın "Novavax" şirkəti də var.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, İndoneziyada indiyədək koronavirusa 586 min 842 yoluxma halı qeydə alınıb, 18 min nəfər həyatını itirib.

1news.az

Paylaş:
617

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər