Ermənistan Azərabycana istifadəsi qadağan olunmuş silahlardan atəş açıb - "Human Rights Watch"
Erməni Silahlı Qüvvələri 2020-ci ilin sentyabrından noyabrına qədər davam edən döyüş əməliyyatları zamanı qanuna zidd olan raketlərdən istifadə edərək Azərbaycana zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə "Human Rights Watch"-un hesabatında deyilir.
Bildirilib ki, Azərabycanda aparılan araşdırmalar nəticəsində məlum olub ki, Ermənistan silahlı qüvvələri siravi əhalinin yaşadığı ərazilərə ballistik raketlər, top mərmiləri və iri çaplı top mərmilərindən istifadərək 11 dəfə zərbələr endirib və bu hadisələr sənədləşdirilib.
"Human Rights Watch"-un Avropa və Orta Asiya direktoru Hyug Viliamos bildirib ki, Erməni qüvvələri dəfələrlə əhalinin sıx yaşadığı şəhər və kəndlərə raket və ağır top atəşiləri endiriblər. "Altı həftəlik müharibə zamanı bu hücumlar təkrar-təkrar edilib və mülki şəxslər öldürülüb, evləri dağıdılıb. Bu məsələlər araşdırılmalıdır".
HRW, Ermənistan Silahlı Qüvvələrinin Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Terterdəki şəhər, qəsəbə, kəndlərinə raket və artilleriya zərbələrini araşdırıb.
1news.az