Azərbaycanda əmanətlər üzrə kompensasiya məbləği dəyişdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda əmanətlər üzrə kompensasiya məbləği dəyişdi

12:36 - 11 / 12 / 2020
Azərbaycanda əmanətlər üzrə kompensasiya məbləği dəyişdi

Azərbaycanda fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 100 min manat (xarici valyutada 100 min manat ekvivalentinədək) müəyyənləşdirilir.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmanətlərin tam sığortalanması haqqında" qanunda dəyişiklikdə əksini tapıb.

İclasda bildirilib ki, 4 il 9 ay ərzində qüvvədə olan bu qanunun müddəti iki dəfə uzadılıb, sonuncu müddət cari ilin dekabrın 4-də başa çatıb. Təqdim olunmuş layihədə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinədək uzadılması təklif olunur.

Qanuna dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

1news.az

Paylaş:
573

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər