Avroliqada 1/16 finalın püşkü atıldı
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.
1news.az qol.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayan tədbirdə qrup mərhələsini adlayan 24 komanda və Çempionlar Liqasında 3-cü olan 8 klub püşkatmada 16 cüt təşkil edib.
Azərbaycan çempionu "Qarabağ"ın mübarizə apardığı I qrupundan "Vilyarreal" "Zalsburq"a (Avstriya) "Makkabi" (Təl-Əviv) isə Donetsk "Şaxtyor"una rəqib olub.
Avropa Liqası, 1/16 final
"Volfsberq" (Avstriya) - "Tottenhem" (İngiltərə)
"Dinamo" (Kiyev, Ukrayna) - "Brügge" (Belçika)
"Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Arsenal" (İngiltərə)
"Srvena Zvezda" (Serbiya) - "Milan" (İtaliya)
"Antverpen" (Beçlika) "Reyncers" (Şotlandiya)
"Slaviya" (Çexiya) - "Lester" (İngiltərə)
"Zalsburq" (Avstriya) - "Vilyarreal" (İspaniya)
"Krasnodar" (Rusiya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Yanq Boyz" (İsveçrə) - "Bayer" (Almaniya)
"Molde" (Norveç) - "Hoffenhaym" (Almaniya)
"Qranada" (İspaniya) - "Napoli" (İtaliya)
"Makkabi" (Təl-Əviv, İsrail) - "Şaxtyor (Donetsk, Ukrayna)
"Lill" (Fransa) - "Ayaks" (Niderland)
"Olimpiakos (Yunanıstan) - PSV (Niderland)
Qeyd edək ki, 1/16 finalın ilk oyunları 2021-ci il fevralın 18-də, cavab görüşləri 25-də keçiriləcək.
1news.az