Ərdoğandan ABŞ-ın sanksiyalarına sərt reaksiya | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğandan ABŞ-ın sanksiyalarına sərt reaksiya

17:48 - 16 / 12 / 2020
Ərdoğandan ABŞ-ın sanksiyalarına sərt reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən ölkəsinə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqinə münasibət bildirib.

1news.az APA-ya istinadən bildirir ki, Ərdoğan deyib ki, ABŞ-ın addımı Türkiyənin suverenliyinə qarşıdır.

Onun sözlərinə görə, ABŞ-ın məqsədi Türkiyəni özündən asılı vəziyyətə salmaqdır: "Bu necə müttəfiqlikdir?! Ötən həftə də Avropa İttifaqının Türkiyəyə sanksiya tətbiqi məsələsi vardı. Niyə Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alıb. Çünki ABŞ öz əlindəki hava hücumundan müdafiə sistemlərinin satışına icazə vermir. F-35 təyyarələrinin minə yaxın hissəsini Türkiyə istehsal edib, ABŞ-a verir. Senatda çıxan əngəllərlə yanaşı, bu sistemləri almaq üçün bizim tələblərimizin heç birini qarşılamayan ABŞ ehtiyacımızı qarşıladıq deyə üzərimizə sanksiya silahını çəkdi. Bu bir bəhanədir. Məqsəd üzüm yemək deyil, bağbanı döyməkdir. Bizi özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Bunu yaydıqları hesabatlarda da büruzə verirlər".

Türkiyə Prezidenti qeyd edib ki, ölkəsi belə bir halla ilk dəfə rastlaşmır və indiki çətin vəziyyətdən çıxmaq üçün müdafiə sənayesi sistemini daha da gücləndirəcəklər: "Türkiyə 1974-cü ildə də Kipr məsələsində belə bir vəziyyətlə üzləşdi. İndiki müdafiə sənaye sistemimizin gəldiyi vəziyyətin başlanğıcı o vaxtdan qoyuldu. Türkiyə artıq bu cür sanksiyalarla məşğul olub qalmayacaq. Əlbəttə problemlərimiz olacaq, amma hər problem bizə daha başqa çıxış və həll yolları açacaq".

1news.az

Paylaş:
594

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər