Sığortalanan əmanətlərin məbləği 100 min manat oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sığortalanan əmanətlərin məbləği 100 min manat oldu

11:34 - 18 / 12 / 2020
Sığortalanan əmanətlərin məbləği 100 min manat oldu

Azərbaycanda fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 100 min manat (xarici valyutada 100 min manat ekvivalentinədək) müəyyənləşdirilir.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklikdə əksini tapıb.

İclasda bildirilib ki, 4 il 9 ay ərzində qüvvədə olan bu qanunun müddəti iki dəfə uzadılıb, sonuncu müddət cari ilin dekabrın 4-də başa çatıb. Təqdim olunmuş layihədə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinədək uzadılması təklif olunur.

Qanuna dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq təsdiq edilib.

1news.az

Paylaş:
1513

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər