Deputat: “Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa başladığı 28 illik dövr ərzində ölkə iqtisadiyyatı 3 dəfə böyüyüb” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Deputat: “Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa başladığı 28 illik dövr ərzində ölkə iqtisadiyyatı 3 dəfə böyüyüb”

09:15 - 22 / 12 / 2020
Deputat: “Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa başladığı 28 illik dövr ərzində ölkə iqtisadiyyatı 3 dəfə böyüyüb”

“Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə edib”. 

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib. Deputat bildirib ki, son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyatın şaxələndirilməsi, ardıcıl və davamlı inkişafı, makroiqtisadi sabitliyin təmin olunması istiqamətində mühüm əhəmiyyət kəsb edən əməli işlər görülmüş, Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq maliyyə institutları ilə Azərbaycan hökuməti arasında etimada və qarşılıqlı hörmətə əsaslanan iş münasibəti formalaşmışdır.

“Davamlı olaraq əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə institutlarından biri də Dünya Bankıdır. 1944-cü il iyulun 1-də Bretton-Vuds konfransında təsis olunmuş Dünya Bankı dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsü ilə məşğul olan ən böyük donor təşkilatlarından sayılır. İnkişaf edən ölkələrə çox aşağı faiz dərəcəsi ilə, hətta bəzən faizsiz uzunmüddətli kreditlər və qrantlar verən Dünya Bankı klassik mənada heç də bank deyil, daha doğrusu, BMT-nin ixtisaslaşmış qurumlarından biridir və hal-hazırda 184 üzvü olan bu qurumun əsas məqsədi imkansız dövlətlərə struktur islahatlarının həyata keçirilməsi və yoxsulluğun azaldılmasında yardım göstərməkdir.

Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa başladığı 28 illik dövr ərzində ölkə iqtisadiyyatı 3 dəfə böyümüş, yoxsulluq səviyyəsi minimuma endirilmiş, insanların sosial rifahı yaxşılaşdırılmışdır. Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlara, habelə bu islahatların kontekstində iqtisadiyyatın ağardılması, iqtisadi hədəflərin daha düzgün müəyyən olunmasına Dünya Bankı ilə əməkdaşlıq xüsusi şərait yaratmışdır. 

Ümumiyyətlə, 1992-ci ildən hökumətin Dünya Bankı ilə bir çox müxtəlif sahələri əhatə edən 50-yə yaxın birgə layihələrinə 3,5 milyard dollardan çox vəsait ayrılmışdır. Dünya Bankı bu günədək Azərbaycan üzrə kreditlərinin əksəriyyəti nəqliyyat, su, məhkəmə, dövlət idarəçiliyi və hüquq sahəsinin davamlı inkişafı istiqamətində sərf olunmuşdur. Hal-hazırda Azərbaycanda Dünya Bankı ilə birgə icra edilən “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi isə əhalinin sosial rifahının yüksəlməsi məqsədilə qeyri-formal məşğulluğa, həmçinin “kölgə iqtisadiyyatına” böyük zərbə vuraraq əmək münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsi istiqamətində mühüm rol oynamaqdadır”.   

“Təsadüfi deyil ki, Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən “Doing Business 2019” hesabatında Azərbaycan “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilmişdi” - deyə, deputat fikirlərinə əlavə edib:

“Xatırladım ki, cari ilin Doing Business hesabatındakı məlumatların emal edilməsi zamanı aşkarlanmış uyğunsuzluqların araşdırılması və düzəldilməsi üçün Dünya Bankının Daxili Audit strukturları tərəfindən müstəqil diaqnostika aparılmış, bir sıra ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənmişdir. 

Belə ki, yuxarıda vurğuladığım araşdırmalar nəticəsində ölkəmizdə “elektrik təchizatı şəbəkələrinə qoşulma”, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə aparılmış islahatların daha az balla qiymətləndirildiyi müəyyən edilmişdir və müvafiq düzəlişlərdən sonra Azərbaycan 191 ölkə arasında mövqeyini altı pillə yaxşılaşdıraraq 28-ə yüksəlmiş, Dünya Bankı tərəfindən bu il də “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilmişdir. 

Bu gün Azərbaycanda istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə edilən bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl və dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir”. 

Qafar Ağayev 

Paylaş:
586

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər