Bərdə RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
Bərdədə koronavirusa yoluxmuş şəxs postda saxlanıldı

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, rayon ərazisində qurulan stasionar postda koronavirus pandemiyasına yoluxan Laçın rayon sakini M.Təhməzovun karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən edilib.
M.Təhməzov polis əməkdaşlarının müşaiyəti ilə müalicə aldığı ünvana geri qaytarılıb.
367