Samir Şərifov: İqtisadiyyatda aktivliyin artırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samir Şərifov: İqtisadiyyatda aktivliyin artırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur

11:46 - 24 / 12 / 2020
Samir Şərifov: İqtisadiyyatda aktivliyin artırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur

Pandemiya dünya iqtisadiyyatına böyük zərər vurub və Azərbaycan da bu təsirlərə məruz qalıb, lakin görülmüş tədbirlər nəticəsində iqtisadiyyatın böyük itkilərə məruz qalmasının qarşısı alınıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zaman deyib.

Nazir bildirib ki, bu ilin sonuna qədər Azərbaycan iqtisadiyyatının 4 faizə qədər kiçilməsi gözlənilir. S.Şərifov qeyd edib ki, qarşıdakı ildə ölkə iqtisadiyyatında aktivliyin artırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur.

O qeyd edib ki, büdcə layihəsində Prezidentin müəyyənləşdirdiyi hədəflərə xüsusi diqqət yetirilib.

Nazir bildirib ki, gələn il koronavirus pandemiyası ilə mübarizə üçün də müvafiq tədbirlər üçün 261, 161 və 288 milyon manat vəsait ayrılıb.

Qafar Ağayev

Paylaş:
764

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər