TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevi təbrik edib

12:01 - 24 / 12 / 2020
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevi təbrik edib

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident. TÜRKSOY təşkilatının baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin builki ad gününüz Azərbaycan və Türk dünyası üçün önəmli tarixi hadisələrlə və nailiyyətlərlə əlamətdardır. İşğal altında olan torpaqlar Zati-alinizin müdrik siyasəti və hərbi rəhbərliyi nəticəsində şanlı Azərbaycan Ordusu tərəfindən azad edilərək Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə son qoyuldu və əzəli Azərbaycan torpaqlarında sülh və rifahın bərqərar olması ilə tarixi ədalət bərpa edildi.

İnanıram ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimiz qısa zaman ərzində bərpa ediləcək və Qarabağda keçiriləcək beynəlxalq mədəni tədbirlərin təşkil olunmasında TÜRKSOY da yaxından iştirak edəcəkdir.

Fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram".

S.Xankişiyeva

 

Paylaş:
366

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər