Bu gün Azərbaycanda koronavirusa 803 yeni yoluxma qeydə alınıb - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanda koronavirusa 803 yeni yoluxma qeydə alınıb - STATİSTİKA

17:56 - 03 / 01 / 2021
Bu gün Azərbaycanda koronavirusa 803 yeni yoluxma qeydə alınıb - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 2918 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 220 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 194843 nəfər müalicə olunaraq sağalıb, 2733 nəfər vəfat edib, aktiv xəstə sayı 22689 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6200, ötən müddət ərzində isə ümumilikdə2210426 test aparılıb.

Qafar Ağayev 

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər