TÜRKPA Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkiləri və referendumu müşahidə edəcək
Üzv ölkələrin parlamentariləri və TÜRKPA Katibliyinin diplomatik heyətindən ibarət TÜRKPA Beynəlxalq müşahidə missiyası 10 yanvar 2021-ci il tarixində Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkiləri və referendumun müşahidəsini həyata keçirəcəkdir.
Müşahidə proqramı çərçivəsində Missiyanın bir neçə dövlət rəsmiləri və namizədlərlə, eləcə də MDB PA, ATƏT PA və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Beynəlxalq Müşahidəçi Missiyaları ilə görüşlərinin keçirilməsi gözlənilir.
Seçki günü TÜRKPA missiyası səsvermə prosesini yerində izləmək üçün Bişkekdəki seçki məntəqələrini ziyarət edəcək.
11 yanvar tarixində Missiya müşahidənin ilkin nəticələrinə dair mətbuat konfransı keçirəcəkdir.
1news.az