TÜRKPA Missiyası Qazaxıstanda keçiriləcək parlament seçkilərini izləyəcək | 1news.az | Xəbərlər
Siyasət

TÜRKPA Missiyası Qazaxıstanda keçiriləcək parlament seçkilərini izləyəcək

20:18 - 06 / 01 / 2021
TÜRKPA Missiyası Qazaxıstanda keçiriləcək parlament seçkilərini izləyəcək

Üzv ölkələrin  parlamentariləri və TÜRKPA Katibliyinin diplomatik heyətindən ibarət TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası 10 yanvar 2021-ci il tarixində Qazaxıstan Respublikasında keçiriləcək parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirəcəkdir.

Proqram çərçivəsində TÜRKPA Müşahidəçi Missiyasının dövlət rəsmiləri və bir sıra siyasi partiyaların nümayəndələri ilə görüşlərinin keçiriləcəyi gözlənilir.

Missiya Nur-Sultandakı bir sıra məntəqələrdə seçki prosesini müşahidə edəcəkdir.

11 yanvarda mətbuat konfransı zamanı TÜRKPA nümayəndə heyəti Müşahidə Missiyasının seçkilərə dair yekun nəticələrini təqdim edəcəkdir.

1news.az

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər