Reza Deqati ARTE kanalında ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərdən danışıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Reza Deqati ARTE kanalında ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərdən danışıb – FOTO

14:41 - 08 / 01 / 2021
Reza Deqati ARTE kanalında ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərdən danışıb – FOTO

Məşhur fotoqraf Reza Deqati Fransanın ARTE kanalının qonağı olub. O, verilişdə Qarabağın işğal altında olmuş torpaqlarında ermənilərin törətdikləri vəhşiliklər barədə məlumatları paylaşıb, həmin ərazilərdə çəkdiyi dağıntı şəkillərini göstərib.

Verilişin aparıcısının təxribatçı mövqeyini cavablandıran Reza Deqati Fransa mediasının qərəzliliyini, bitərəfliyini qeyd edib. O deyib ki, Fransanın 80 jurnalist və fotoqrafı Ermənistana gedib bu münaqişəyə erməni mövqeyindən münasibət bildirir, Azərbaycana isə Fransadan jurnalist göndərilmir. Məşhur fotoqraf Fransanın aparıcı media qurumlarına bu münaqişəni işıqlandırmaqla bağlı müraciətlərinin cavabsız qaldığını diqqətə çatdırıb: “Münaqişə tərəflərindən biri media tərəfindən tamamilə “unudulub”. Buna mən şahidəm. Hər hansı bir münaqişə zonasına getməzdən əvvəl Fransanın böyük media qurumları ilə əlaqə saxlayır və onlara bildirirəm ki, münaqişə bölgəsinə gedirəm. Onlar mənimlə əməkdaşlıq edirlər. Ancaq Qarabağ münaqişəsi ilə bağlı böyük media qurumlarına zəng edib deyəndə ki, münaqişə zonasına gedirəm, heç bir media orqanı mənimlə əməkdaşlıq etmək istəmədi. Yəni, mənə bu imkanı yaratmadılar. Halbuki Ermənistan tərəfdə Fransadan 80 jurnalist və fotoqraf var idi. Fransanın bütün media qurumları jurnalistlərini Ermənistana göndərmişdilər. Azərbaycan tərəfdə isə təkcə mən və mənimlə birlikdə yerli fotoqraflar idi”.

Reza Deqati bu münaqişəni 1992-ci ildən, yəni Birinci Qarabağ müharibəsi dövründən işıqlandırdığını bildirib. O, münaqişədə iki əsas məsələyə diqqət yetirdiyini qeyd edib: “Birincisi, mülki insanların iztirabı, çünki bütün münaqişələrdə olduğu kimi, mülki əhalinin iztirabını lentə alıram. Son 40 ildə bütün müharibələri çəkmişəm. Müharibə zamanı qadınlar və uşaqlar daha çox iztiraba məruz qalırlar. Onlar müharibənin əsl qurbanlarıdır. Qarabağ müharibəsi zamanı da bombardman edilən, Cenevrə Konvensiyaları ilə istifadəsi qadağan edilmiş bombaların qurbanı olan azərbaycanlı mülki əhali idi.

İkinci məqam isə azad olunmuş ərazilərdir. Azərbaycanda bu sahədə iki ay yarım çalışdım. Kəndlər və şəhərlər tamamilə dağıdılıb. Digər müharibələr zamanı belə mənzərəni heç harada görməmişəm”.

Fotoqraf Ağdam şəhərinin dağıntılarını ekranda göstərərək deyir: “Dağıdılmış şəhərlərdən biridir. İndi ekranda gördüyümüz bu şəhər “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırılır. Təsəvvür edin, şəhər tamamilə yer üzündən silinib və özü də məqsədli şəkildə. Bu şəhər müharibə zamanı və ya bombardmanla dağıdılmayıb. Bu dağıntı sistemli şəkildə törədilib: kəndlər, evlər, hər şey sistemli və məqsədli şəkildə dağıdılıb. Mən bunu heç yerdə görməmişəm”.

S.Xankişiyeva

 

Paylaş:
430

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər