Azərbaycanda Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlər həqiqəti əks etdirmir - RƏSMİ | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlər həqiqəti əks etdirmir - RƏSMİ

11:21 - 09 / 01 / 2021
Azərbaycanda Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlər həqiqəti əks etdirmir - RƏSMİ

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bir sıra xarici media orqanlarında ölkəmizin 3 şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlərə aydınlıq gətirib.

1news.az-ın xəbərinə görə, V.Dərgahlı Trend-ə bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir".

1news.az 

Paylaş:
384

Son xəbərlər

Bütün xəbərlər