Ceyhun Bayramov Pakistana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Pakistana səfər edəcək

16:32 - 11 / 01 / 2021
Ceyhun Bayramov Pakistana səfər edəcək

Bu ilin 13-14 yanvar tarixlərində Azərbaycan Respublikasının (AR) xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşəcək.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən 1news.az-a verilən xəbərə görə, səfər çərçivəsində 13 yanvar tarixində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

Bildirilib ki, 14 yanvar tarixində isə AR xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

1news.az

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər