Çavuşoğlu: “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağla bağlı yenə də rol oynaya bilər” | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu: “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağla bağlı yenə də rol oynaya bilər”

13:52 - 14 / 01 / 2021
Çavuşoğlu: “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağla bağlı yenə də rol oynaya bilər”

“Birgə bəyanat Minsk prosesi çərçivəsində illər ərzində hazırlanan fikir və prinsipləri böyük ölçüdə ehtiva edir. Lazım olsa ATƏT-in Minsk Qrupu yenə də rol oynaya bilər”.

1news.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Kürəsəl Media” jurnalına müsahibəsində Dağlıq Qarabağla bağlı suala cavabında deyib.

O qeyd edib ki, həmsədrlər konstruktiv olmalı və keçmişdə baş verənlərdən dərs almalıdırlar.

1news.az

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər