Azərbaycan Prezidenti: Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti: Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır

16:32 - 19 / 01 / 2021
Azərbaycan Prezidenti: Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən ona, həmçinin TÜRKSOY-un rəhbərinə Azərbaycanı dəstəklədiklərinə görə təşəkkürünü bildirib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı Türk Şurasının Baş katibinin müharibə dövründə və müharibədən sonrakı bəyanatlarını xatırladaraq deyib: "Müharibənin lap əvvəlində siz Azərbaycanı dəstəkləyən, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini, onun sərhədlərinin toxunulmazlığını dəstəkləyən bəyanat vermisiniz. Həmçinin bəyan etmisiniz ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır. Bu, müharibənin praktiki olaraq ikinci günü idi. Oktyabrın 20-də siz Gəncə şəhərinin ballistik raketlərlə bombalanmasını pisləyən bəyanatla çıxış etdiniz, Azərbaycan xalqına başsağlığı verdiniz. Daha sonra, oktyabrın sonunda siz münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində nizamlanmasının zəruri olması barədə bəyanatla çıxış etdiniz, Ermənistan tərəfindən Cenevrə konvensiyalarının pozulması barədə danışdınız. Siz mənə noyabrın əvvəlində məktubla müraciət etdiniz, ayın 2-də isə sizinlə Bakıda görüşdük və siz Azərbaycanı dəstəklədiyinizi bir daha bildirdiniz. 44 gün ərzində dörd dəfə Türk Şurasının Baş katibi adından rəsmi bəyanat verildi".

Prezident qeyd edib ki, biz bunu, həmçinin hazırda sizin Azərbaycanda olmağınızı, işğaldan azad edilmiş ərazilərə səfər etməyinizi, eşitdiklərinizi və yəqin ki, qismən televizorda gördüklərinizi öz gözlərinizlə görməyinizi çox yüksək qiymətləndiririk. "Buna görə də sizə bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır. Biz başqa təşkilatlara - İslam Əməkdaşlıq Təşkilatına da, Qoşulmama Hərəkatına da təşəkkür edirik. Bu müddətdə bizi dəstəkləyən ölkələrə təşəkkür edirik", - deyə dövlətimizin başçısı bildirib.

1news.az

Paylaş:
439

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər