Dünyada son sutkada 577 mindən çox koronavirusa yoluxma qeydə alınıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada son sutkada 577 mindən çox koronavirusa yoluxma qeydə alınıb

09:24 - 25 / 01 / 2021
Dünyada son sutkada 577 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 577 301 nəfər koronavirusa yoluxub, 13 688 nəfər ölüb. 

1news.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 97 464 094 yoluxma hadisəsi, 2 112 689 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 56 faizdən çoxu Şimali və Cənubi Amerikanın (323 950), payına düşür. Digər yerləri isə Avropa (166 047) və Cənub-Şərqi Asiya (29.198) bölüşür.

1news.az

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər