Buğda, çörək satışı daha 1 il müddətinə vergidən azad olunur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Buğda, çörək satışı daha 1 il müddətinə vergidən azad olunur

15:27 - 26 / 01 / 2021
Buğda, çörək satışı daha 1 il müddətinə vergidən azad olunur

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il müddətinə vergidən azad olunur.

1news.az Trend-ə istinadən bildirir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Belə ki, vergidən azadetmə 2022-ci ilədək davam edəcək.

Xatırladaq ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi.

Habelə, kəpəyin istehsalı və satışına tətbiq edilən azadolmanın 2021-ci ilin mart ayının 1-də bitdiyini və heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi nəzərə alınaraq həmin azadolmanın müddətinin daha 1 il müddətinə uzadılması təklif olunur.
 
1news.az
Paylaş:
916

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər