Nə birinci, nə də ikinci bəyanatda status məsələsi yoxdur - Komitə sədri | 1news.az | Xəbərlər
Siyasət

Nə birinci, nə də ikinci bəyanatda status məsələsi yoxdur - Komitə sədri

10:02 - 27 / 01 / 2021
Nə birinci, nə də ikinci bəyanatda status məsələsi yoxdur - Komitə sədri

Azərbaycan qanunvericiliyinə görə, 10 noyabrdan sonra həbs edilmiş ermənilər təxribatçı və terrorçudur. Cinayət hüququnda hansı prinsiplər nəzərdə tutulubsa, ermənilərlə eyni cür davranılacaq. Ermənilərin razılaşma bəyanatından sonra həbs edilmiş əsgərləri hərbi əsir yox, təxribatçı və terrorçu sayılır.

1news.az teleqraf.com-a istinadən bildirir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri, bəzi rus millət vəkillərinin qanunsuz olaraq Qarabağa səfərlərinə də münasibət bildirib:

"Bu qanunsuz səfərlərlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verib. Onlar azruolunmaz şəxslər siyahısına salınıb. Xankəndi Azərbaycanın tərkib hissəsidir. Qarabağın bütün ərazisi kimi orada Azərbaycanın suverenliyinə daxildir. Bu cür səfərlər təxribatdan başqa bir şey deyil. Onların Azərbaycanın icazəsi olmadan həmin ərazilərə getməsi heç bir hüquqa sığmır"

Deputat fikrincə, erməni hərbi siyasi rəhbərliyi öz xalqına boş ümid vermək istəyir:

"Guya onlar Qarabağı hələ də öz əraziləri hesab edir. Reallıqda isə həmin ərazilər beynəlxalq hüquqa görə Azərbaycanın suverenliyinə daxildir. Rusiya prezidenti, rus ictimaiyyəti, Fransa prezidenti dəfələrlə elan ediblər ki, Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsidir".

Millət vəkili qeyd edib ki, 10 noyabrda imzalanmış bəyanatda da Qarabağın statusu haqqında heç bir müddəa yoxdur:

"Cənab Prezident də vurğuladı ki, Qarabağda heç bir status olmayacaq. Ermənilər yenidən bu status söhbətlərini ortaya atmaqla aranı qatmaq, təxribatçı hərəkətlər etmək istəyirlər. Bir daha vurğulayıram ki, cənab Prezident bu məsələ ilə bağlı konkret fikrini bildirib. Hər kəs də buna inanmalıdır. Amma bəzən KİV-lərdə bundan sui-istifadə etmək istəyirlər. Bunların hamısı ermənilərin uydurmaları və təxribatıdır. 10 noyabrda və 11 yanvarda imzalanmış bəyanatlarda status məsələsi öz əskini tapmayıb. Nə birinci, nə də ikinci bəyanatda status söhbəti yoxdur. Sadəcə Ermənistan siyasi rəhbərliyi növbəti dəfə öz xalqını aldatmağa çalışır. Belə siyasətin isə axırı olmur. Nə qədər tez Azərbaycanla normal münasibət qura bilsələr, o zaman bəlkə Ermənistan üçün yaxşı olar. Əksinə Ermənistanın gələcəyindən söhbət gedə bilməz".

1news.az

Paylaş:
491

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər